Rusiya İdlibin cənubuna aviazərbələr endirib

2018/08/Russian-airstrikes-over-Idlib_1534746778.jpg
Oxunub: 235     14:32     20 Avqust 2018    
Rusiya Aerokosmik Qüvvələri ard-arda ikinci gündə də İdlib vilayətinin cənubunda terrorçuların mövqelərinə aviazərbələr endirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, “Hmeymim” bazasından havaya qalxan təyyarələr “Təhrir əş-Şam” tərəfindən hazırlanmış səngərləri yerlə-yeksan edib.

Bu səngərlərin İdlibin Sukik və Əl-Tamana qəsəbələri yaxınlığında yerləşdiyi və gələcəkdə Suriya ordusunu hədəf almaq üçün hazırlandığı bildirilir.

Sözügedən hava əməliyyatı ilə paralel olaraq Suriya Hərbi Hava Qüvvələri də Həma-İdlib oxu boyunca terrorçulara zərbələr endirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   İdlib   Suriya  

Rusiya İdlibin cənubuna aviazərbələr endirib

2018/08/Russian-airstrikes-over-Idlib_1534746778.jpg
Oxunub: 236     14:32     20 Avqust 2018    