ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub

2018/08/65_1534744772.jpg
Oxunub: 332     13:51     20 Avqust 2018    
Birləşmiş Ştatların Türkiyənin paytaxtı Ankaradakı səfirliyinin binası naməlum şəxslər tərəfindən atəşə tutulub.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ankara polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı binaya bir neçə dəfə atəş açılıb. Güllələrdən bəziləri binanın önündəki təhlükəsizlik əməkdaşları üçün nəzərdə tutulan kabinetin pəncərələrinə tuş gəlsə də heç bir itki baş verməyib.

Ankaradan olan polis zabiti hadisənin təxminən yerli vaxtla səhər saat 05:00 radələrində meydana gəldiyini, lakin heç kimin zərər görmədiyini bildirib.

Onun sözlərinə görə, hücum zamanı azı 4-5 atəş səsi eşidilib. Hücum edən şəxslər dərhal hadisə yerindən qaçmağa nail olublar, hazırda polis onların axtarışını aparır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Türkiyə  

ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub

2018/08/65_1534744772.jpg
Oxunub: 333     13:51     20 Avqust 2018    