Ermənistanda fərariliklə bağlı qalmaqal davam edir - Həbs edilənlər var

2018/08/Untitled-5-5_1518855585_1534743389.jpg
Oxunub: 463     13:34     20 Avqust 2018    
Ermənistanda çağırışçıların hərbi xidmətdən yayındırılmasına yardım edən daha iki nəfərə qarşı ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın istintaq orqanları tərəfindən çağırışçıların hərbi xidmətdən yayınması üzrə cinayət əməllərinin araşdırılması davam edir.

Daha öncə bildirdiyimiz kimi, 31 iyul 2018-ci il tarixində çağırışçıların məcburi hərbi xidmətdən yayındırılmasına yardım edən vəzifəli şəxslər və çağırışçılar barədə cinayət işi İrəvanın Avan və Nor Nork məhkəməsi tərəfindən icraata qəbul edilib.

Araşdırma zamanı məlum olub ki, Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı A.Antonyan, həqiqi hərbi xidmətə yararlı 3 nəfər çağırışçının heç bir qanuni əsas olmadan hərbi xidmətdən yayındırılması məqsədilə külli miqdarda rüşvət müqabilində vasitəçilik edib.

İstintaqın nəticələrinə görə, Martuni rayon hərbi komissarlığının bölmə rəisi S.Aspaturyan çağırışçının 2017-ci ilin qış çağırışından azad edilməsi müqabilində onun valideynindən 19800 ABŞ dolları rüşvət alıb və onu Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı A.Antonyanla tanış edib.

Digər bir hal üzrə Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı A.Antonyan çağırışçının valideynindən 15 000 ABŞ dolları almaq barədə razılıq əldə edib.

Əldə edilmiş sübut və dəlillər əsasında Martuni rayon hərbi komissarlığının bölmə rəisi S.Aspaturyana və rüşvət verən çağırışçının atasına qarşı cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb. Müstəntiq onların həbsinə dair vəsatət qaldırıb.

Avqustun 15-də isə Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı A.Antonyana qarşı da cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb və o, həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistanda fərariliklə bağlı qalmaqal davam edir - Həbs edilənlər var

2018/08/Untitled-5-5_1518855585_1534743389.jpg
Oxunub: 464     13:34     20 Avqust 2018    