Hindistan və Rusiya 5-ci nəsil qırıcılarla bağlı birgə səyləri davam etdirir

2018/08/main-qimg-2c99b3de23df4302fbed5fc2c2710b31_1534742446.png
Oxunub: 273     13:18     20 Avqust 2018    
Hindistan beşinci nəsil qırıcı təyyarələrin təkmilləşdirilməsi ilə bağlı Rusiya ilə birgə apardığı ləyihədən çəkilməyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “United Aircraft Corporation” kompaniyasının prezidenti Yuri Slyusar bəyan edib.

“Biz beşinci nəsil təyyarələrin birgə təkmilləşdirilməsi ilə bağlı Hindistanla müzakirələrə davam edirik. Məsələ bağlanmayıb. Hindistanın bu layihədən çəkildiyi deyilsə də, belə bir şey yoxdur”, - deyə Slyusar bildirib.

Qeyd edək ki, Hindistanın Müdafiə üzrə Tədqiqat və Təkmilləşdirmə Təşkilatının bu kimi texnologiyaların müstəqil hazırlanmasının mümkün olduğunu açıqlamasından sonra, Hindistanın “Economic Times” qəzeti ölkənin sözügedən layihədən çəkiləcəyini iddia edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Rusiya   Qırıcı-Təyyarə  

Hindistan və Rusiya 5-ci nəsil qırıcılarla bağlı birgə səyləri davam etdirir

2018/08/main-qimg-2c99b3de23df4302fbed5fc2c2710b31_1534742446.png
Oxunub: 274     13:18     20 Avqust 2018    