Pentaqon prezident qırıcılarını modernizasiya edəcək

2018/08/39467549_1524705077675109_2354135788993642496_n_1534611851.jpg
Oxunub: 512     00:57     19 Avqust 2018    
Pentaqon uçuşlar zamanı ABŞ prezidentinin təyyarəsini mühafizə edən qırıcıların modernizasiyası üçün 34 milyon dollar xərcləyəcək.

Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə ilə bağlı artıq bir neçə şirkətlə danışıqlara başlanılıb.

Bildirilib ki, 34 milyon dollarlıq layihə çərçivəsində ABŞ prezident təyyarəsinin və onu qoruyan qırıcıların təhlükəsizliyinin yükdəldilməsi məqsədilə müdafiə sistemləri əsaslı şəkildə modernizasiya ediləcək.

Məlumata əsasən 18 milyon dollar prezident təyyarəsinin özünə, 14 milyon dollar isə onun mühafizəsini həyata keçirən 4 qırıcıdan 2-sinin modernizasiyasına sərf ediləcək.

Qeyd edək ki, hələlik layihəni icra etməkdə əsas maraqlı tərəf elə təyyarələrin istehsalçısı “Boeing” şirkətidir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Prezident-Təyyarəsi   Modernizasiya  

Pentaqon prezident qırıcılarını modernizasiya edəcək

2018/08/39467549_1524705077675109_2354135788993642496_n_1534611851.jpg
Oxunub: 513     00:57     19 Avqust 2018    