İran yeni HHM sistemi üzərində işləyir

2018/08/39441835_291739278073829_8158718037235597312_n_1534610072.jpg
Oxunub: 397     00:32     19 Avqust 2018    
İran özünün yeni ağıllı hava hücumundan müdafiə sisteminin istehsalını planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Müdafiə Nazirliyinin rəsmisi Rza Müzəffəri bildirib.

O qeyd edib ki, İran hava hücumundan müdafiə sistemləri sahəsində xarici vasitələrdən olan asılılığını aradan qaldırmağı planlaşdırır.

“Yeni sistem özünün xarici analoqlarından heç də geri qalmayacaq. İran uzun müddətdir ki, hava hücumundan müdafiə sistemləri üzərində araşdırma və təkmilləşdirmə işlərinə start verib. Bu məqsədlə trilyonlarla rial maliyə xərclənib. Yeni ağıllı hava hücumundan müdafiə sisteminin istehsalını qarşıdakı 2 il ərzində yekunlaşdırmağı planlaşdırırıq. İran bu addımdan sonra daha bir sahədə xaricdən asılılığını aradan qaldıracaq”, - deyə Müzəffəri bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   HHM-Sistemi  

İran yeni HHM sistemi üzərində işləyir

2018/08/39441835_291739278073829_8158718037235597312_n_1534610072.jpg
Oxunub: 398     00:32     19 Avqust 2018    