51-ci Zona: Çinin gizli hərbi bazası mövcuddurmu?

2018/08/39454500_240031839986944_1998668378427883520_n_1534609909.jpg
Oxunub: 705     00:12     19 Avqust 2018    
ABŞ-da ən gizli hərbi araşdırmaların aparıldığı elmi mərkəz hesab edilən 51-ci zonanın bir alternativinin Çində də mövcud olduğu iddia edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iddiaya əsasən sözügedən mərkəz Qobi səhrasında yerləşir.

Anonim ABŞ hərbi mənbələrinin yaydığı məlumata əsasən, ərazidə ən sadə ənənəvi vasitələrdən nüvə silahına, süni zəkaya, kiber təhlükəsizliyə qədər fərqli-fərqli sahələrdə araşdırmalar aparılır.

Heç bir onlayn xəritələrdə, yaxud rəsmi sənədlərdə qeyd olunmayan, mövcudluğu ilə bağlı hər hansısa bir faktın olmadığı mərkəzin səhranın ortasında yerin altında qurulduğu iddia edilir.

Məlumata əsasən 2005-2015-ci illərdə sadəcə 4 dəfə çox sayda helikopter bölgəyə təchizat və ərzaq daşıyıb.

Bildirilir ki, ümumi sahəsi 20 min kvadrat-metrdən çox ərazi tutan mərkəzdə onlarla müxtəlif şöbənin və minlərlə elm adamınının fəaliyyət göstərdiyi ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   51-Cİ-Zona   Hərbi-Araşdırmalar-Mərkəzi  

51-ci Zona: Çinin gizli hərbi bazası mövcuddurmu?

2018/08/39454500_240031839986944_1998668378427883520_n_1534609909.jpg
Oxunub: 706     00:12     19 Avqust 2018    