DARPA qırıcılara PUA-ları idarə imkanı verən texnologiya üzərində işləyir

2018/08/39497492_244385339545960_1333837522958024704_n_1534607856.jpg
Oxunub: 320     23:55     18 Avqust 2018    
ABŞ-ın Müdafiə üzrə Qabacıl Tədqiqat Layihələri Agentliyi (DARPA) Hərbi Hava Qüvvələri və “BAE Systems” ilə birlikdə yeni texnologiya üzərində işləyir.

Ordu.az “Fox News” istinadən xəbər verir ki, bu texnologiya 4-cü və 5-ci nəsil təyyarələrin pilot kabinindən dronların idarə edilməsinə imkan verəcək.

Hava müharibələrinə avtonomluğun yeni nəslini, daha çox hücum seçimi və yeni kəşfiyyat üstünlükləri qazandıracaq konfiqurasiya hazırda sınaq mərhələsindədir.

ABŞ HHQ-nin Kaliforniyadakı bazasında baş tutan sınaqlarda pilotlar quru mərkəzli simulyatorları hava sistemləri ilə birləşdirərək dördüncü nəsil təyyarələrin pilot kabinəsindən dronları necə idarə etməyin mümkün olduğunu nümayiş etdiriblər.

“Təyyarə struktur olaraq elə konfiqurasiya edilib ki, o bizə pilotsuz aparatlarımızı təyyarənin uçuşa nəzarət sistemi ilə birbaşa əlaqələndirmək imkanı verir”, - deyə Pilotsuz Vasitələrə Nəzarət üzrə Strateji İnkişaf idarəsinin rəhbəri Skip Stolz bildirib.

İstehsalçılar bu sistemin xüsusi F-15, F-16 və ən sonuncu təyyarələr olan F-35-lərdə istifadəyə uyğun olduğu bildirirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞDARPA   PUA  

DARPA qırıcılara PUA-ları idarə imkanı verən texnologiya üzərində işləyir

2018/08/39497492_244385339545960_1333837522958024704_n_1534607856.jpg
Oxunub: 321     23:55     18 Avqust 2018    