Britaniya aviadaşıyıcısı ABŞ qırıcıları ilə təchiz ediləcək

2018/08/39453762_1138877166251439_8345329396969635840_n_1534606692.jpg
Oxunub: 344     23:36     18 Avqust 2018    
Böyük Britaniyanın “Big Lizzie” aviadaşıyıcısı F-35B qırıcıları ilə təchiz olunmaq məqsədilə ABŞ-a yola düşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Böyük Britaniya donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, 65 min ton həcmə sahib nəhəng ölçülü gəmi Böyük Britaniyanın Porsmut limanını tərk edərək Vaşinqton istiqamətində yola düşüb.

Məlumata əsasən “Big Lizzie” aviadaşıyıcısına burada ABŞ-dan alınan yeni F-35B qırıcıları inteqrasiya ediləcək.

Qeyd edək ki, tərəflər arasında əldə edilən razılıq nəticəsində ABŞ aviadaşıyıcını 14 ədəd F-35B qırıcısı ilə təchiz edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Böyük-Britaniya   Big-Lizzie   F-35  

Britaniya aviadaşıyıcısı ABŞ qırıcıları ilə təchiz ediləcək

2018/08/39453762_1138877166251439_8345329396969635840_n_1534606692.jpg
Oxunub: 345     23:36     18 Avqust 2018    