Mükəmməl əsgər üçün mükəmməl texnologiya – HƏRBİ EKSPERT (II YAZI)

2018/08/56456_1534582383.jpg
Oxunub: 5050     16:47     18 Avqust 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

"Shadow" cihazı 312 qram ağırlığındadır, 225-450 MHz və 1250-2600 MHz tezlik diapazonunda fəaliyyət göstərir, ötürücü gücü isə 2 vattdır. Radio "bir saniyədən az" gecikmə ilə 16 kanalı dəstəkləyir və iki metr suyun dərinliyində fəaliyyət göstərə bilir.

Fellous, həmçinin müxtəlif xüsusi təyinatlı bölmələrin artıq MANET tipli radio sistemlərə uyğunlaşan müxtəlif modellərdən, xüsusən də GPS siqnalı olmayan yaşayış məskənlərində terrorla mübarizə aparmaq üçün istifadə etdiyini təsdiqləyib.

"Persistent Systems" şirkəti isə əsas komponenti 3x3 anten texnologiyalı MIMO radiostansiyası olan MPU5 sistemini inkişaf etdirib. "Persistent Systems" şirkətinin direktoru Herbert Rubensin sözlərinə görə, bu sistem təhlükəsiz IP (Internet Protocol) ilə istənilən şəraitdə saniyədə 100 megabit məlumat ötürür və 6 Vatt çıxış gücü yaradır.

MPU5 stansiyasının tərkibinə real zaman rejimində video axınlarının yüksək qətnamə ilə yayılmasına imkan verən video şifrələmə/deşifrə cihazı; ATAK proqram təminatının çalışdığı Android əməliyyat sistemi; həmçinin IP-protokolu (Ro) üzərindən trafik ötürürə bilən 16 radio kanal daxildir.

"MPU5, tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən vəziyyətə nəzarət səviyyəsini və ümumi təhlükəsizliyi artırır. Bundan əlavə, MPU5 sistemi kommersiya məhsulunda çox sayda xüsusiyyətlərin həyata keçirilməsinə imkan verən iqtisadi baxımdan son dərəcə effektiv bir yenilikdir", - deyə Rubens şirkəti öz mövqeyini bildirib.

Təlimlərdə ABŞ ordusunun əsgəri müəyyən bir marşrutla hərəkət edərək yer robotuna nəzarət edir

Avtonom dəstək və süni zəka

MANET uyğunlaşa bilən radio sistemləri, əsasən PUA və yerüstü mobil robotlar kimi avtonom platformalarla əlaqə yaratmaq üçün istifadə olunur. Onlar əməliyyat ssenarilərində xüsusi təyinatlı və piyada bölmələrinin şəxsi heyətinin yükünü azaltmaq üçün fəal şəkildə istifadə olunur.

Dünya bazarında, indiki zamanda, bir-birindən fərqli ərazi robot kompleksləri və ya yerüstü mobil robotlar mövcuddur. Bunların sırasına əldə hazırlanan partlayıcı qurğuları və partlamamış sursatları neytrallaşdırmaq, həmçinin kəşfiyyat məlumatları toplamaq və digər vəzifələri icra etmək üçün kiçikölçülü tırtıllı yerüstü mobil robotlar daxildir. Bazarda yük daşımaları və döyüş dəstəyi üçün istifadə edilən bir sıra böyük təkərli platformalar da yer alır. Yerüstü mobil robotlar hücum qruplarına və xüsusi təyinatlı qüvvələrə müntəzəm atəş dəstəyini də təmin edə bilər.

Yeni texnologiyalar artıq robotları daha mürəkkəb döyüş ssenarilərində istifadə etməyə imkan verir. Xüsusilə, sıx yaşayış məskənlərində, inşaat sahələrində və yeraltı kommunikasiyalarda döyüş vəzifələrini yerinə yetirmək üçün yerüstü mobil robotlara tələbat artır.

Sənaye mənbələri bu texnoloji yüksəlişin tamamilə yeni platformanın hazırlanmasına deyil, əsasən açıq quruluşa malik robotların strukturuna faydalı yük daşıma və idarəetmə sistemlərinin inteqrasiya edilməsini nəzərdə tutur.

Əlbəttə, burada platformanın ölçüsü, çəkisi və gücü arasında kompromisi tapmaq vacibdir, həmçinin robotların bütün spektrində hazırkı avtonomluq səviyyəsini saxlamaq da müəyyən narahatlıq doğurur.

"Applied Research Associates" nümayəndəsi Metyu Fordhemə görə, yalnız indi müasir əsgərlər avtonom texnologiyalardan faydalanmağa başlayır. On ildən artıqdır ki, ABŞ Müdafiə Nazirliyi hərbi missiyalar üçün yüksək keçicilik imkanlarına malik yerüstü mobil robotlardan geniş istifadə etməyə çalışır. Yaxın zamanlara qədər isə onların inkişaf fəaliyyəti əsasən elmi tədqiqat layihələri ilə təyin edilirdi.

Yalnız 2017-ci ildə ABŞ Müdafiə Nazirliyi məqsədyönlü şəkildə manqanın ləvazimatlarını daşıyacaq çoxməqsədli SMET (Squad Multipurpose Equipment Transport) platformasının və marşrutların təmizlənməsi üçün RCIS (Route Clearance Interrogation System) vasitələrinin hazırlanması proqramını maliyyələşdirməyə başladı.

2017-ci ilin dekabrında Pentaqon SMET layihəsi üçün dörd şirkət seçdi: " Applied Research Associates and Polaris Defense", "General Dynamics Land Systems" (GDLS); HDT "Global" və "Howe & Howe Technologies".

Bu proqram 2017- ci ilin martında dərc edilən ABŞ ordusunun "Robotic and Autonomous Systems" strateji sənədində 2020-ci ilə qədər qısamüddətli prioritet sahə elan edildi. "Manned Unmanned Teaming" (MUM-T) konsepsiyası robot və avtonom imkanları olan döyüşçünün tam funksionallığını qorumaq şərtilə ordu bölmələri ilə inteqrasiya etməyi ehtiva edir.

SMET platformasının döyüş istifadəsinin ilkin prinsiplərində 3 km/saat sürətlə hərəkət edən əsgəri müşayiət etmək, 72 saat müddətində və ya 97 km məsafəyə yanacaq doldurmadan fasiləsiz hərəkət etmək tələb olunurdu. Aparat üç rejimdə işləməli idi: avtonom, yarım avtonom və uzaqdan idarəetmə.

Platforma 454 kq ağırlığında bir yükü daşımalı və dayanacaqda 3 kVt, hərəkətdə isə 1 kVt enerji istehlak etməlidir. 454 kq-lıq yükün nəql edilməsi manqanın hər bir əsgərin yükünün 45 kq azalmasına səbəb olur. Platformanın şəxsi heyətinin yükünü azaltması "Infantry Brigade Combat Team" kimi döyüş qruplarına daha çox məsafə qət etməyə və eyni zamanda hərəkətdə olarkən bütün cinazları və akkumlyator batareyalarını elektrik enerjisi ilə yükləməyə imkan verir.

SMET platforması müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub, bunlara sursat, su, akumlyator, xüsusi avadanlıq, C4ISTAR daşınması və atəş dəstəyi funksiyaları da daxildir.

SMET proqramı üçün təklif edilən "Polaris MRZR X IS" avtomobili "Polaris MRZR" ekipajlı ərazi vasitəsinin opsional olaraq hazırlanan avtonom platformasıdır

ABŞ Müdafiə Nazirliyinin gələn ilin ortalarında SMET rəsmi proqramının statusunu təsdiqləməsi gözlənilir. ABŞ ordusu, baş podratçı şirkət seçildikdən sonra bu platformadan 80 ədəd satın almağı düşünür.

Fordhemin fikrinə görə, robotlarda tətbiq edilən platforma və sensor texnologiyası, müasir əsgərləri dəstəkləmək üçün kifayət qədər yetkindir və gələcək investisiyalar üçün səmərəli hesab edilir.

Yerüstü mobil robotların sürətli inkişafı ilə bağlı gələcək çətinliklərə toxunan Fordhem, "mütləq təhlükəsizlik" prinsipini istənilən uğurlu robot platforma layihəsinin ən əhəmiyyətli elementi adlandırıb: "Robotların istismarı hər zaman təhlükəsiz olmalıdır, istənməyən hərəkətlər və gözlənilməz davranışlara yol verilməməlidir.

Yalnız təhlükəsizlik ilə əlaqəli bir problem robotlaşma prosesini uzun müddət ləngidə bilər. Platformanın əvvəlcədən proqnozlaşdırılan işi uğur üçün əsasdır. Birincisi, təhlükəsizlik həmişə ən vacib problemdir.

İdarəetmə sensorlarının çoxluğu, təhlükəsiz proqram təminatı, hərtərəfli təhlili, monitorinq və sınaq qabiliyyəti - bütün bunlar lazımi səviyyədə təhlükəsizliyə nail olmaq üçün əsas verir".

"İkincisi, yüksək keçicilik imkanlarına sahib robotlarla əlaqədar bir çox problem mövcuddur. Ən yaxşı marşrutu seçmək üçün, kommersiya əlavələrində olduğu kimi yol nişanlarına malik olan "Google Maps" xəritələri əlimizdə yoxdur. Lakin bizim istifadəmizdə xəritədə qeyd edilməyən çox sayda daş, ağac, arx və kəskin ərazi dəyişiklikləri mövcuddur, bütün bunları sistem real zamanda qeydə alır", - deyə Fordhem bildirib.

"Applied Research Associates" şirkəti "Polaris" şirkəti ilə, NATO və onun müttəfiq ölkələrinin xüsusi təyinatlı və piyada bölmələrinin silahlanmasında yer alacaq "Polaris MRZR ATV" ərazi vasitəsinin bazasında SMET proqramını icra etmək üçün birləşdi.

MRZR X versiyası, ekipajlı MRZR ATV sistemlərindən avtonom idarə olunan robotlara daha rahat keçidi təmin etmək üçün nəzərdə tutulub. MRZR X vasitələrində mövcud ekipajlı platformaların fiziki və proqram arxitekturasını qoruyaraq avtonom texnologiyaların inteqrasiyasına imkan verən "Modular Robotic Applique Kit" (M-RAK) modul dəsti quraşdırılıb.

Metyu Fordhemə görə, MRZR X vasitələrinin üstünlüklərindən biri də ABŞ Ordusunda oxşar platformanın artıq istifadə olunmasıdır. Bu layihənin istehsal qiyməti nisbətən aşağı olacaq və bütün dünya üzrə dəstəklənəcək. Avtomobilin istismarı və ona texniki xidmət göstərilməsi asandır, mexaniki rejimdən avtonom rejimə isə bir düymə ilə keçmək olur. Avtomatik alqoritmlərin inkişafı, videoemal texnologiyası və ventil matrisaların (FPGA) istifadəçi tərəfindən proqramlaşdırılması hərbçilərin çoxdan axtardığı yarım-avtonom xüsusiyyətlərin əhəmiyyətli inkişafını təmin edir.

Yerüstü mobil robot bazarı daim böyüyür. Hərbçilərin robot platformalarına etibarının artması ilə bu sistemlər daha da geniş yayılacaq. Büdcələr hərbçilərin arsenalına əlavə yerüstü robot komplekslərinin tətbiqi zəruriliyi nəzərə alınmaqla formalaşdırılacaq.

AMSTAF 6, İsrail sənayesinin təklif etdiyi 6x6 təkər formullu yerüstü mobil robot versiyasından biridir

İsrailin "Automotive Robotic Industry" şirkətindən olan Ronen Fişman, müasir bir əsgər üçün yerüstü mobil robotların inkişafının son dərəcə zəruri olduğunu qəbul edir.

Lakin, o, milli təhlükəsizlik strukturları üçün yerüstü mobil robot bazarının hərbi strukturlar üçün mövcud olan bazara nisbətən daha çox inkişaf etməsinə inanır. Bununla yanaşı, yaxın gələcəkdə bu texnologiyalar dünyanın bir çox ordularında geniş yayılacaq.

"Yerüstü mobil robotların növbəti döyüşlərdə aparıcı rol oynayacağını artıq hər kəs anlayır, bu anlayışın gerçək fəaliyyətə keçməsi isə iki və ya üç il çəkəcək", -deyə o qeyd edir.

Fişmana görə, müasir bir əsgərlə yan-yana fəaliyyət göstərən robot üçün ən vacib şərtlər yüksək keçicilik və əla manevr qabiliyyətidir. Proqram təminatı isə istənilən yerüstü mobil robotların inkişaf proqramının əsas elementi olaraq qalır və müxtəlif avtonom rejimlərin reallaşdırılmasına imkan verir.

Proqram təminatının yaradılmasında əsas çətinlik bütün alt sistemlərin mükəmməl harmoniyada çalışmasından, eyni zamanda minimum zamanda yeni qabaqcıl sistemlərə inteqrasiya etmək üçün kifayət qədər çevik olmasından ibarətdir.

"Automotive Robotic Industry" şirkəti hazırda "BFL Hindistan" ilə birlikdə 8x8 formullu AMSTAF 8 ; 6x6 formullu AMSTAF 6; 4x4 formullu AMSTAF 4 təkərli maşınları təklif edir.

Eyni zamanda, yerüstü mobil robot bazarında, piyada və xüsusi təyinatlı bölmələrin dəstəklənməsini optimallaşdırmaq, xüsusilə partlamamış sursatların zərərsizləşdirilməsi və kəşfiyyat vəzifələrini həyata keçirmək üçün platformanın ölçülərinin azaldılması prosesi davam edir.

(Ardı var...)
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Müasir-Əsgər   Texnologiya  

Mükəmməl əsgər üçün mükəmməl texnologiya – HƏRBİ EKSPERT (II YAZI)

2018/08/56456_1534582383.jpg
Oxunub: 5051     16:47     18 Avqust 2018    