Əfqanıstandakı ABŞ hərbi qüvvələri çıxarıla bilər

2018/08/Без-названия_1534579607.jpg
Oxunub: 284     16:05     18 Avqust 2018    
ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı ABŞ hərbi qulluqçularını muzdlu xidmət göstərəcək hərbi qüvvə ilə əvəzləməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Bildirilib ki, Tramp artıq bu məsələ ilə bağlı Pentaqon rəhbərliyinə təklif irəli sürüb.

Məlumata əsasən bu barədə qərar qəbul ediləcəyi təqdirdə Pentaqon Əfqanıstandakı missiyalar üçün muzdlu hərbi xidmət təşkil edən hər hansısa özəl bir şirkətlə müqavilə bağlayacaq.

Əməkdaşlıq ediləcək şirkət də məhz Əfqanıstandakı ABŞ hərbçilərinin əvəzlənməsi məqsədilə muzdlu fəaliyyət göstərəcək hərbi qulluqçularla təchiz edəcək.

Qeyd edək ki, Donald Trampın bu addımda məqsədi ABŞ hərbçilərinin ölüm hallarını minimuma endirməkdir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Əfqanıstan   Hərbi-qüvvələr  

Əfqanıstandakı ABŞ hərbi qüvvələri çıxarıla bilər

2018/08/Без-названия_1534579607.jpg
Oxunub: 285     16:05     18 Avqust 2018    