Husilər Nəcran, Əsir ve Mediyə hücumlar həyata keçirib

2018/08/1268251-126739382_1532947822_1534578522.jpg
Oxunub: 475     15:47     18 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd Nəcran, Əsir və Medi bölgələrində yerləşən hərbi bazalara raket hücumları həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.

Bildirilib ki, qiyamçıların həyata keçirdiyi 3 müxtəlif hücumda Ərəb koalisiyası ciddi itkilər verib.

Belə ki, Nəcranda həyata keçirilən hücumda 4 koalisiya hərbçisi həlak olub, daha bir neçəsi yaralanıb.

Əsir və Medi hücumları ilə bağlı rəqəmlər açıqlanmasa da, koalisiyanın bu hücumlarda da itki verdiyi və Medidə 2 hərbi texnikanın yararsız hala salındığı bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı hələlik qarşı tərəfdən heç bir açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Husilər   Ərəbistan   Yəmən  

Husilər Nəcran, Əsir ve Mediyə hücumlar həyata keçirib

2018/08/1268251-126739382_1532947822_1534578522.jpg
Oxunub: 476     15:47     18 Avqust 2018    