Çin XİN: Çinin ABŞ-a hücum edəcəyi iddiaları absurddur

2018/08/china-foreign-ministry-on-land-reclamation_1534570803.png
Oxunub: 194     13:38     18 Avqust 2018    
Çin Xarici İşlər Nazirliyi ötən gün Pentaqon tərəfindən yayılan hesabatla bağlı rəsmi mövqe ortaya qoyub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin XİN-in mətbuat katibi Lu Kenq bildirib.

O qeyd edib ki, Pentaqondan verilən rəsmi bəyanat reallığı qətiyyən əks etdirmir.

“Bu iddialar heç bir fakta söykənmir və Çinin hərbi quruculuğu ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur. Rəsmi Pekin beynəlxalq birliyin bütün subyektləri ilə tam şəffaf, konstruktiv münasibətlər qurmağa çalışır və sahib olduğu hərbi gücü heç bir dövlətə hücum məqsədilə istifadə etməyi planlaşdırmır. Çin kifayət qədər güclü dövlətdir və ABŞ-ı soyuq müharibə meyillərindən uzaq durmağa çağırır”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin  

Çin XİN: Çinin ABŞ-a hücum edəcəyi iddiaları absurddur

2018/08/china-foreign-ministry-on-land-reclamation_1534570803.png
Oxunub: 195     13:38     18 Avqust 2018    