ABŞ Suriyaya ayırdığı 230 milyon dollarlıq yardım fondunu dondurub

2018/08/thumbs_b_c_f09ccf909f626c341322fad7f9b4a926_1534569285.jpg
Oxunub: 259     13:13     18 Avqust 2018    
Birləşmiş Ştatlar Suriyada İŞİD-dən təmizlənən və YPG/PKK-nın nəzarət etdiyi bölgələrdə sabitliyin təminatı üçün ayrılan 230 milyon dollarlıq yardımı dayandırıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Hezer Noyert bildirib.

Yazılı olaraq yayımladığı açıqlamada Noyert Suriyadaya ayrılan yardım fondlarının istifadəsinə dair dəyərləndirmələr edib. O, ABŞ XİN rəhbəri Mayk Pompeonun Ağ Evlə koordinasiya halında aldığı qərardan dolayı Suriyada İŞİD-dən təmizlənən bölgələrə ayrılması planlaşdırılan 230 milyon dollarlıq yardımın dondurulduğunu bildirib.

Noyertin sözlərinə görə, alınan qərarda bu vəsaitin ABŞ-ın digər xarici siyasət prioritetlərinə xərclənməsi də nəzərdə tutulub.

İŞİD əleyhinə koalisiya müttəfiqlərinin apreldən etibarən bölgəyə 300 milyon dollarlıq töhfə verdiyini bildirən sözçü, Səudiyyə Ərəbistanının 100 milyon, BƏƏ-nin isə 50 milyon dollarlıq yardım etdiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Suriya   YPG/PKK  

ABŞ Suriyaya ayırdığı 230 milyon dollarlıq yardım fondunu dondurub

2018/08/thumbs_b_c_f09ccf909f626c341322fad7f9b4a926_1534569285.jpg
Oxunub: 260     13:13     18 Avqust 2018    