Rusiyanın yeni tank əleyhinə topu beynəlxalq diqqəti cəlb edib

2018/08/received_451186668719430_1534522160.jpeg
Oxunub: 359     00:10     18 Avqust 2018    
Rusiyanın dövlət silah satıcı şirkəti olan “Rosoboronexport” “Sprut-SDM1” tank əleyhinə topu xarici müştərilərə təklif etməyə başlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, firmanın mətbuat xidməti Cənub-Şərqi Asiyada yerləşən bir neçə dövlətin yeni silahla maraqlandığını bildirib.

“Bu unikal silahın dünyada analoqu yoxdur. “Sprut-SDM1” öz sinfində əsas döyüş tankının atəş gücünə malik yeganə yüngül üzə bilən döyüş vasitəsidir”, - deyə “Rosoboronexport”un icraçı direktoru Aleksandr Mixeyev söyləyib.

Onun sözlərinə görə, vasitə gəmidən quruya daşına bilər, həmçinin gecə və gündüz vaxtı digər vasitələr üçün əlçatmaz şəraitdə əməliyyat para bilər. Topun istehsalçısı isə “Tractor Plants Group” şirkətidir.

Qeyd edək ki, “Sprut-SDM1” əsgərlər üçün dəstək təmin etmək, zirehli vasitələrə qarşı vuruşmaq, düşmənin sığınacaqları, müdafiə təsisatlarını dağıtmaq, eyni zamanda kəşfiyyat aparmağa qadirdir. Onun əsas döyüş tankının silahlanması ilə bərabər gücdə sayıla biləcək silahları var.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Sprut-SDM1   Cənubi-Asiya  

Rusiyanın yeni tank əleyhinə topu beynəlxalq diqqəti cəlb edib

2018/08/received_451186668719430_1534522160.jpeg
Oxunub: 360     00:10     18 Avqust 2018    