Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir bildirib.
Türkiyə 10-cu Səfirlər Konfransı çərçivəsində ASELSAN-ın təsisatlarından təşkil olunan toplantıda Türkiyədəki xarici ölkələrin səfirləri ilə görüşən nazir Türkiyə müdafiə sənayesinin inkişaf perspektivləri ilə bağlı açıqlama verib.
O, 2017-ci ildə Türkiyənin müdafiə və aviasiya sektorunun 6,7 milyard dollarlıq dövriyyəyə sahib olduğunu xatırladıb və bu il həmin rəqəmin 8 milyarda çatacağının gözlənildiyini vurğulayıb.
ATAK helikopterlərinin Pakistana ixracı ilə bağlı 1,5 milyard dollarlıq müqaviləni dilə gətirən Dəmir, bundan sonra da helikopterin azı 3 təkmilləşdirilmiş versiyasının hazırlanacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az