ABŞ-ın Əfqanıstandakı yeni təlim bölməsi ənənəvi problemlə üzləşib

2018/08/Без-названия-(1)_1534506311.jpg
Oxunub: 207     19:37     17 Avqust 2018    
ABŞ Quru Qoşunlarının mart ayında Əfqanıstana yerləşdirilən 1-ci Təhlükəsizlik Qüvvələri Yardım Briqadası uzun illərdir Amerikalı hərbi məsləhətçilərin üzləşdiyi problemlə üz-üzə qalıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Əfqanıstan ordusunun 203-cü korpusuna təlim keçəcək briqadanın, həmin korpusun qərargahına çıxışına əngəllər yaradılır.

Həmçinin onların təchizat, ləvazimatlara daimi baxış və logistik xidmətlərində də problemlər meydana gəlir.

NATO missiyası çərçivəsində 2011-2012-ci illər ərzində Zəbul, Qəndəhar və İraqda xidmət etmiş hərbçi Fontana isə bu problemlərin hər zaman olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın təxminən 800-1000 nəfərlik hərbçinin iştirakı ilə formalaşdırdığı ümumilikdə 6 yardım briqadası Əfqanıstan əsgərlərinə təlim keçməklə yanaşı, hava hücumlarının koordinasiyası və digər taktiki dəstək təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Əfqanıstan  

ABŞ-ın Əfqanıstandakı yeni təlim bölməsi ənənəvi problemlə üzləşib

2018/08/Без-названия-(1)_1534506311.jpg
Oxunub: 208     19:37     17 Avqust 2018    