Rusiya MN: Texnoloji olaraq inkişaf etmiş tərəflər terrorsistləri silahlandırır

2018/08/1-45_1534505558.jpg
Oxunub: 521     19:29     17 Avqust 2018    
Rusiya Müdafiə Nazirliyi Suriyanın Latakiya vilayətində edilən dron hücumlarında hansısa inkişaf etmiş müdafiə sənayesinə sahib ölkənin dəstəyinin olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib.

O qeyd edib ki, sözügedən dronların hansı ölkənin yaxud hansısa şirkətin istehsalı olduğunu tam dəqiqliklə söyləmək mümkün deyil.

“Apardığımız araşdırmalar onu göstərir ki, Hmeymim hərbi bazasına terrorçular tərəfindən edilən hücumlarda istifadə olunan dronlar yüksək texnoloji təchizata sahibdir. Belə bir yüksək texnoloji vasitənin terrorçular tərəfindən istehsal edilməsi qeyri-mümkündür. Lakin biz bu hansı dövlət, yaxud şirkət tərəfindən istehsal edildiyini bilməsək də, bu işin arxasında yüksək texnoloji inkişafa sahib bir dövlətin dayandığını deyə bilərik”, - deyə Konaşenkov vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Hmeymim   Dron-Hücumu  

Rusiya MN: Texnoloji olaraq inkişaf etmiş tərəflər terrorsistləri silahlandırır

2018/08/1-45_1534505558.jpg
Oxunub: 522     19:29     17 Avqust 2018    