Türkiyə BQ: Son bir həftədə 52 terrorçu zərərsizləşdirilib

2018/08/thumbs_b_c_18d465fb5071d68530b36b24b1f2f69a_1534502463.jpg
Oxunub: 409     18:37     17 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələrinin PKK terror qruplaşmasına qarşı 10-16 avqust tarixlərində həyata keçirdiyi əməliyyatlarla bağlı rəsmi statistika verilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, son 7 gün ərzində Türkiyənin Siirt və Şırnak vilayətlərində həmçinin İraqın şimalında həyata keçirilən əməliyyatlarda PKK terror qruplaşmasının 7-si önəmli fiqur olmaqla ümumilikdə 52 üzvü məhv edilib.

Məlumata əsasən, əməliyyatlar nəticəsində 19 piyada tüfəngi, 1 ədəd RPQ-7, 30 ədəd qumbara, 10 rabitə vasitəsi, 150 kiloqram mərmi və 41 ədəd kustar üsulla hazırlanmış partlayıcı maddə müsadirə edilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   PKK   Terrorla-Mübarizə  

Türkiyə BQ: Son bir həftədə 52 terrorçu zərərsizləşdirilib

2018/08/thumbs_b_c_18d465fb5071d68530b36b24b1f2f69a_1534502463.jpg
Oxunub: 410     18:37     17 Avqust 2018    