Husilər Səudiyyə hərbi bazasına növbəti raket hücumu edib

2018/08/Yemeni-troops-fire-rockets_1534491362.jpg
Oxunub: 378     15:37     17 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd cənub-qərb vilayəti olan Cizəndə yerləşən hərbi bazasına növbəti raket hücumu edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanı hərbi mənbələri yayıb.

Bildirilib ki, qiyamçılar Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəd ərazilərindən krallıq ordusunun Cizəndə yerləşən hərbi bazasını yaxın mənzilli ballistik raketlə hədəf alıb.

Məlumata əsasən endirilən 2 müxtəlif raket zərbəsinin hər ikisi Səudiyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib, itki yoxdur.

Qeyd edək ki, ötən gün də eyni bazaya hücum edildiyi və azı 8 hərbçinin həlak olduğu bildirilmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   Səudiyyə-Ərəbistanı   Husilər  

Husilər Səudiyyə hərbi bazasına növbəti raket hücumu edib

2018/08/Yemeni-troops-fire-rockets_1534491362.jpg
Oxunub: 379     15:37     17 Avqust 2018    