Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı aparılan tədqiqatların dekabrın 15-nə kimi yekunlaşdırılması planlaşdırılır.
Cənubi Koreya Müdafiə Nazirliyinin məsələ ilə bağlı verdiyi məlumata əsasən, F-35B qırıcılarının “Dokdo” gəmilərinə eniş etməsi üçün hazırda ən ideal variant gəmilərin göyərtələrində müəyyən dəyişikliklərin edilməsi görünür.
Belə ki, hazırkı dizaynına görə 14 min ton həcmə sahib olan gəminin eniş üçün nəzərdə tutulan platforması kifayət qədər dardır.
Bunun üçün şaquli şəkildə eniş edən qırıcıların eniş edəcəyi platformanın həcminin genişləndirilməsi planlaşdırılır ki, bunun da azı 45 milyon dollara başa gələcəyi ehtimal edilir.
Qeyd edək ki, Cənubi Koreya 2018-2021-ci illər ərzində 6,4 milyard dollar dəyərində 40 ədəd F-35 qırıcısı almaqla bağlı qərar qəbul edib.
Dəyanət Ağalarlı
Ordu.az