"Armata" Rusiya ordusunun silahlanmasına niyə qəbul edilmədi? – ANALİZ (HƏRBİ EKSPERT)

2018/08/456456_1533127453_6136992888.jpg
Oxunub: 7289     20:01     14 Avqust 2018    
Yaxın zamanlarda Rusiyanın illərdir dünyaya bəxş etməyə hazırlaşdığı "Armata" tankının təbliğat kampaniyası gözlənilməz bir vəziyyətlə qarşılaşıb. İyulun sonunda baş nazirin müavini Yuri Borisovun "T-72 tanklarına bazarda böyük tələbat mövcud ikən, nəyə görə ordunu "Armata" ilə doldurmalıyıq" bəyanatından sonra sonuncunun daha baha olması əlaqədar ordunun bu tankları əldə etməsindən imtina etməsi hamı üçün kifayət qədər gözlənilməz oldu.

İllərdir ki, ən yüksək səviyyədə "Armata" tankının üstün xüsusiyyətlərindən bəhs edilirdi, lakin bir anda məlum oldu ki, bu tank heç də Rusiya ordusuna lazım deyil. İlkin mərhələdə 2300 ədəd tank alınması nəzərdə tutulsa da, sonra bu rəqəm 100 ədədə qədər azaldıldı. Hazırda isə yalnız 20 ədəd tank alınması barədə müzakirələr gedir, lakin bu barədə də son qərar hələ qəbul edilməyib. Belə az miqdarda texnikanın qəbul edilməsinin özü də bir başqa mövzudur.

Sual yaranır: Bəs nə baş verdi ki, "Armata" ilə bağlı planlar bir anda darmadağın oldu?

Təbii ki, burada məsələ yalnız tankın baha olmasından ibarət deyil. Silah bazarında keyfiyyətli bir vasitənin qiymətinin baha olması əsas rol oynamır. Deməli burada daha ciddi texnoloji və təşkilati problemlər mövcuddur. Bütün hərbi və siyasi rəhbərliyin dəfələrlə vəsf etdiyi tankdan ordunun birdən-birə imtina etməsi, dünya silah bazarında həm bu markanın, həm də Rusiya zirehli vasitələrinin nüfuzuna ciddi xələl gətirdi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2018-2019-cu illərdə yalnız T-80 və T-90 tanklarının satın alınması planlaşdırılır.

Bu tankın hazırlanmasını və sınaq müddətini izləyən biri kimi, hələ də mən "Armata" tankının tam zavod və dövlət sınaqlarının keçirildiyini, tankın komissiya tərəfindən qəbul edildiyini, ən əsası da ordunun silahlanmasına qəbul etdiyini tam anlaya bilməmişəm. İndiyə qədər hər mənbə özünəməxsus fərqli açıqlamalar verib, lakin bu tankın ordu silahlanmasına qəbul edilməsi də dəqiq məlum deyil.

Bir neçə ay əvvəl isə ABŞ-ın "The National Interest" nəşri perspektiv tankların hipotetik döyüşü ilə əlaqədar fikirlərini bir məqalə vasitəsilə nəşr etdi. Mayın 15-də redaksiya "Buzz və Security" bölməsində "Tank müharibəsi: Kim qazanacaq ABŞ-ın yeni M1 "Abrams" və ya Rusiyanın "Armata" tankı? adlı məqalə yerləşdirdi.

Məqalənin başlanğıcında, müəlliflər dünyanın qabaqcıl ölkələrinin ən yeni tanklarının iştirak edə biləcəyi münaqişənin mümkün şərtlərini qısaca göstərdilər.

Çətin inanılan ssenarilər arasında Kalininqrad vilayətində 20-ci illərdə müxtəlif orduların istənməyən bir toqquşması da yer aldı. Onun nəticəsində ABŞ və Rusiya qoşunlarının ən yeni tanklarının bir-birinə qarşı çıxacağı yerli bir münaqişə yaranacağı ehtimal olunurdu.

Müəlliflər ehtimal edir ki, 20-ci illərin ortalarında ABŞ zirehli parkının əsasını "General Dynamics Land Systems" tərəfindən müasirləşdirilən M1A2 SEP v.4 tankları təşkil edəcək. Onlar SEP v.2 (Silahlı Qüvvələrdə artıq mövcuddur) və SEP v.3 (istehsalı yaxın keçmişdə başlayıb) mövcud versiyalı tanklardan aşkaretmə, rabitə və inkişaf edən qoruma vasitələri və təkmilləşdirilən sistemləri ilə fərqlənəcək. Lakin, M1A2 SEP v.4 tankı mövcud "Abrams" kimi görünəcək.

Məqalədə, ideal təhlükəsizlik xüsusiyyətlərinə və insansız qülləyə sahib "Armata" tankının yüksək hərəkətlilik xüsusiyyətlərinin göstərdiyi bildirilirdi. "The National İnterest"in məqaləsi, Rusiyanın özünün belə gözləmədiyi ən orijinal və gözlənilməz göstəricilərə malik tank yaratdığını iddia edir. Sonda məqalə müəllifləri T-14 "Armata" və M1A2 SEP v.4 "Abrams" tanklarının oxşar texniki xüsusiyyətlərinə və döyüş keyfiyyətlərinə malik olduğuna inanırlar. Nəticədə, bu döyüş maşınlarının heç birinin rəqiblə müqayisədə ciddi üstünlüyə malik olmadığını qeyd edirək balansı saxlayırlar. Absurd olan isə mövcud bir tankla sonu bəlli olmayan layihənin qarşılaşdırılması və müqayisəsi idi. Qısası "The National İnterest" nəşrinin bu məqaləsində Rusiyanın heç özünün bəyənmədiyi və sonda imtina etdiyi bir vasitənin bu qədər şişirdilməsinin səbəbləri hələ də məlum deyil.

Sadə bir oxucu kimi, bu məqalənin mümkün məqsədlərini belə görürəm:

1. ABŞ-ın "The National Interest" nəşri Rusiyanın perspektiv tanklarının imkanlarının hipotetik döyüşdə çox yüksək olduğuna rusları inandıraraq onların başlarının altına yastıq qoyurlar;
2. T-14 "Armata" layihəsinin müəllifləri və ya istehsalçı şirkət yeni zirehli vasitəni həm Rusiya, həm də dünya silah bazarına çıxarmaq üçün vaxtından əvvəl marketinq və ya görüm-baxım fəaliyyətinə başlayıblar.

Bu nəşrin 70 illik rəqibləri olan bir ölkənin özünün imtina etdiyi bir zirehli vasitəsini bu qədər şişirtməsinin başqa səbəblərini tapmaqda həqiqətən də ciddi çətinlik çəkirəm.

İstənilən halda, sınaqların tam silsiləsini keçirib tamamlamadan tankın yaradılması haqqında danışmaq ciddi hesab olunmur, bu sınaqlar haqqında etibarlı məlumatlar hələ də mövcud deyil. Biz yalnız tankın bəzi sınaqlardan keçdiyi barədə birmənalı olmayan məlumatlarla və 2015-ci ildə Moskvanın Qızıl Meydanında keçirilən hərbi paradda "Armata"nın uğursuz nümayiş kadrları ilə tanışıq. Bundan əlavə, tankın texniki xüsusiyyətləri haqqında çox az məlumat verilirdi. Onlar əsasən az bir sahəni əhatə edirdilər, əksər hallarda isə ziddiyyətli olurdu.

Bu tankın fəal inkişafı ilə keçmiş baş nazirin müavini Dmitri Roqozin məşğul olurdu. Bu ilin aprel ayında isə onu Yuri Borisov əvəz etdi. Yeni baş nazir müavininin yeni tankı normativ texniki sənədlərə uyğun olaraq sınaqlardan keçirmək istəməsi və sonra onun taleyi haqqında yekun qərar qəbul etməsi istisna olunmur. Lakin sınaqların uğurlu olması ehtimalı çox aşağıdır.

Bütün sınaqlar başa çatdıqdan və TTX tam təsdiqləndikdən sonra, seriya istehsalından əvvəl texnika, kompleks qoşun sınaqlarına cəlb edilərək müxtəlif iqlim zonalarında real döyüş rejimlərində istismar edilməli və yoxlanılmalıdır.

Bu tankın inkişaf tarixi elə də sadə olmayıb. Tankın hazırlanmasının daha əvvəl müzakirə predmetinə çevrilməsinə baxmayaraq, real işlərə 2011-ci ildə başlanılıb. Bu konsepsiyada bir çox açıq suallar mövcud idi ki, onları hərbçilər qəbul etmirdi. Sonra neçə oldusa tezbazar tank istehsal olundu və "əsaslı yeni bir tankın yaradıldığı" ən yüksək səviyyədə elan edildi. Bütün mətbuat maşını bu istiqamətə kökləndi, tank Qələbə Paradının keçirildiyi Qızıl Meydana qədər gəlib çıxdı.

Təbii ki, qısa bir zamanda onlarla təşkilat tərəfindən müxtəlif inkişaf və sınaq mərhələlərinin hamısının keçirilməsi real görünmürdü. "Armata" ətrafında baş verənlər göstərir ki, prinsipial yeni bir tankın yaradılması çox mürəkkəb bir prosesdir. Burada sınaq və nizamlanma tələb edən çox sayda yeni sistemlər və mexanizmlər mövcuddur. Tankın hər şeyi yeni olmalı idi: mühərrik, silahlar, nişangah sistemləri, mühafizə kompleksi, TIUS (tank idarəetmə və məlumat sistemi), döyüş sursatları, tank bölmələrini idarəetmə sistemi və s. Bütün bunlar onlarla müxtəlif təşkilat tərəfindən inkişaf etdirilir və hazırlanır. Hansısa bir detalın və ya sistemin hazırlanmasında uğursuzluq olarsa, tank hazır olmayacaq.
Əlbəttə ki, hər bir ordu kimi Rusiya kimi iddialı bir ölkəyə yeni tank vacibdir, lakin T-64 tankından sonra hələ də yeni nəsil tank hazırlana bilmirlər. SSRİ-nin dağılmasından sonra miras qalan "Bokser" tanklarının hazırlanmasını başa çatdırmaq mümkün olmadı, digər təkliflər isə mövcud tank nəslinin modernləşdirilməsindən o tərəfə keçmədi.

"Armata" layihəsi həqiqətən yeni nəsil tankın layihəsi idi. Lakin bu tankın konsepsiyasında əhəmiyyətli çatışmamazlıqlar mövcuddur. İstehsalçı onları aradan qaldırmaq və yeni bir keyfiyyət səviyyəsi əldə etmək yollarını tapmalıdır. Bu tankda, zirehli vasitə sistemləri və komponentlərinin əvvəlki illərdə icad edilən bir çox yeni ideyaların həyata keçirilməsi gözlənilirdi.

"Armata" tankının bütün konsepsiyasını sual altına alan bir əsas texniki çatışmamazlığa sahibdir. Burada insansız qüllə yalnız elektron-optik vasitələrlə idarə olunur.

Bu cür tənzimlənən tank platformasında iki problem ortaya çıxır:

- Yalnız elektrik siqnallarının köməyi ilə qüllənin idarə olunma sistemlərinin aşağı etibarlılığı;
- Müşahidə, hədəfalma və atəş açmaq üçün optik kanalların müxtəlif rejimlərdə real fəaliyyətinin mümkünsüzlüyü.

Bütün qüllə sistemlərinin yalnız elektrik siqnalları ilə idarə edilməsi tankın bütövlükdə etibarlılığını kəskin şəkildə azaldır. Elektrik təchizatı sistemi və ya bəzi elementləri sıradan çıxarsa, tank tamamilə döyüşə yararsız metal "tabuta" çevrilir.

Tank müharibənin döyüş maşınıdır və elektrik təchizatının itirilməsi imkanı kifayət qədər yuksəkdir. Əlavə olaraq enerji təchizatı sisteminin zəif nöqtəsi də mövcuddur: qüllənin enerji təchizatının tamamı tankın alt və mərkəz hissəsində yerləşdirilən fırlanan əlaqə cihazı vasitəsilə təmin edilir.

İstehsalçıların bu ideyanın təyyarələrdə tətbiq edilməsini müdafiə etməsi isə tam absurddur və heç bir tənqidə qarşı dayana bilməz. Təyyarə tank deyil, onun istismar şərtləri daha ağırdır. Əlavə olaraq hər bir sistemi 3 və 4 qat ehtiyat kanalla təmin etmək tank üçün çox bahalı olardı, digər tərəfdən isə bunu etmək demək olar ki, mümkün deyil.

Tankdakı VKU (fırlanan əlaqə qurğusu) problemi çox ciddi məsələdir. Məsələn ABŞ M1A2 SEP v.4 tanklarının modernləşdirilməsində bu problemi qeyri-ənənəvi metodla həll etməyə çalışıblar. Siqnallar qüllədə yerləşən qurğu vasitəsilə REM mühitində etibarlı bir şəraitdə ötürülə bilir. Qəbul edilən platformada müşahidə və hədəfalma cihazlarından məlimatlar ekipaj üzvlərinə elektron televiziya, istilik, radilokasiya videosiqnalları vasitəsilə ötürülür.

Bir çox ekspertlər görüntülərin müasir elektron-optik sistemlərlə ötürülməsinin ənənəvi optik kanallar ilə eyni səviyyədə təmin etməyin mümkün olmadığını iddia edirlər.

Video siqnalların və həcmli görünüşün ötürülməsinin elektron vasitələri hələ optik kanal səviyyəsinə çatdırılmayıb. Belə bir kanala sahib olmayan nişangah kompleksi müəyyən mənfi cəhətlərə malik olmalıdır. Bu çatışmamazlığı "Bokser" tanklarında aradan qaldırmaq üçün tank komandirinin və tuşlayıcının hərəkətlərinin tam təkrarlanması üçün topa əlavə sadə nişangah quraşdırılırdı, bu isə bütün sistemlərin sıradan çıxdığı halda belə atəş açmağa imkan verirdi.

Tankı yalnız termal kameradan istifadə edərək idarə etmək sınaqları göstərdi ki, düz televiziya görüntüsü səbəbindən tankı sürmək demək olar ki, qeyri-mümkündür. Sürücü-mexanik getdiyi yolu hiss etmirdi, kiçik gölməcələr kimi əhəmiyyətsiz maneələr belə onu çıxılmaz vəziyyətə salırdı və ona ərazini qiymətləndirmək üçün imkan vermirdi.

Dairəvi 3D həcmli görüntü qurulması problemi həll edilmədi. İsrail "Merkava" tanklarında isə bu məsələ həllini tapıb. Bu tanklar üçün istehsal edilən "Iron Vision" sistemi, tankın perimetri üzrə yerləşdirilən çoxsaylı kameralardan qəbul etdiyi siqnalları kompüter vasitəsilə 3D həcmli görüntü yaradaraq, onu tuşlayıcının dəbilqəsinin üstündəki ekranda göstərir.

Üçölçülü televiziya görüntüsünü yaratmaq və siqnalların tankın qülləsinə ötürülməsi kimi Rusiya texnikalarına xas olmayan qeyri-ənənəvi metodların "Armata" tanklarında tətbiqi mümkün olmadı. Bu bir çatışmamazlıq kimi qalmaqdadır və çox ciddi problem kimi bütün layihəni sual altına qoyur. Bu nöqsanların aradan qaldırılması və bu tank konsepsiyasının bütün müsbət və mənfi tərəflərini qiymətləndirmək üçün hərtərəfli tədqiqatlar və sınaqlar keçirmək lazımdır.

Bu tankda əvvəlki illərdə əldə edilən elm və sənayenin çox perspektivli inkişaflarını həyata keçirməyə cəhd etdilər. TƏİRK-ə qarşı dinamik mühafizənin "Ştora" tüstü pərdəsinin və metal ekranların tətbiqi, aktiv mühafizənin isə zirehdələn mərmilərin zərərsizləşdirilməsini qüllənin atəş istiqamətinə yönəldilməsi ilə aradan qaldırması çox maraqlı yenilikdir, lakin kinetik-zirehdələn mərmilərin sürəti ilə qüllənin firlanma sürəti arasındakı böyük fərq bu yeniliyin tətbiqini mümkünsüz edir. Real tətbiqi barədə sübutlar da təqdim edilməyib.

Ümumilikdə "Armata" tankları, 80-cı illərdə "Bokser" tankları üçün planlaşdırılan informasiya idarəetmə sisteminin elementlərini özündə birləşdirən konsepsiyanın tətbiq edildiyi tank layihəsi olmalı idi. Uzun illərdən sonra da bu layihəni həyata keçirmək mümkün olmadı. Bu tanklarda tətbiq olunan ən vacib element müxtəlif səviyyəli komandirlərə qarşılıqlı əlaqə yaradaraq səmərəli hədəf bölünməsinə və göstərilməsinə imkan verən tank bölmələrinin idaəetmə sisteminin tətbiqi idi.

Bütövlükdə bu tank da "Bokser" layihəsi kimi baş tutmadı. Digər səbəbləri də yaxın zamanda məlum olacaq. Lakin "Armata" tanklarında tətbiq edilməsi nəzərdə tutulan yeni texnoloji tətbiqləri silahlanmada mövcud olan digər zirehli texnikaların modernləşdirilməsində istifadə etmək mümkündür.

Məlumat Yuri Apuxtinin və "The National Interest" nəşrinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Armata   Rusiya  

"Armata" Rusiya ordusunun silahlanmasına niyə qəbul edilmədi? – ANALİZ (HƏRBİ EKSPERT)

2018/08/456456_1533127453_6136992888.jpg
Oxunub: 7290     20:01     14 Avqust 2018    