Tarixi sammitdə "yetərincə məqbul" prinsipi: Hərbi məsələlər hansı şəkildə müzakirə edilib?

2018/08/aktau_caspian_summit_120818_1534164176.jpg
Oxunub: 4353     20:30     13 Avqust 2018    
Xəzər dənizi dünyanın ən böyük qapalı, digər dəniz və okeanlarla axıntısı olmayan düzlu göldür. Asiya və Avropanın cənub sərhədində yerləşir. Ölçüsü, təbii şəraitinin orijinallığı və hidroloji proseslərin mürəkkəbliyi səbəbindən, onu adətən materik daxili dənizlər sinifinə aid edirlər.

Xəzər dənizində suyun səviyyəsi Dünya okeanı səviyyəsindən 27 metr aşağıda yerləşir, onun ərazisi 390000 kvadrat kilometrdir, həcmi isə 78000 kub kilometrdir. Ən dərin nöqtəsi 1025 metrdir. 200-300 kilometr eni olan dəniz, meridian boyunca 1030 kilometr uzanır. Xəzər dənizinə 130-dan çox çay axır, bunlardan ən böyüyü onu Dünya Okeanı ilə birləşdirən Volqa çayıdır.

Xəzər regionu karbohidrogen ehtiyatları - neft və qazla zəngindir. Xəzər dənizinin bioloji resurslarının arasında dünya nərə balıq ehtiyatlarının əsasını təşkil etməsini də qeyd etmək vacibdir.

Xəzər dənizi sahilındə beş dövlət mövcuddur: cənub-qərbdə Azərbaycan, qərb və şimal-qərbdə Rusiya, şimal, şimal-şərq və şərqdə Qazaxıstan, cənub-şərqdə Türkmənistan, cənubda isə İran.

Sovet dövründə Xəzər dənizi SSRİ sərhədləri içərisində praktiki olaraq daxili su hövzəsi idi və yalnız cənubda İranın sahillərini yuyurdu. Xəzərin statusu 1992-ci ilə qədər Sovet-İran müqavilələri ilə tənzimlənirdi. SSRİ-nin dağılmasından sonra Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi yeni yaranan müstəqil dövlətlər Xəzər dənizinin dibinin bölünməsi məsələsini qaldırdılar. Burada əsas problem Xəzərin beynəlxalq hüquqa görə fərqli statusa malik olan göl və ya dəniz olması ilə bağlı idi.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair danışıqlar xarici işlər naziri müavinləri səviyyəsində yaradılan Xüsusi İşçi qrup, eləcə də ikitərəfli və üçtərəfli məsləhətləşmələr çərçivəsində keçirilirdi. Görüşlərin gündəliyində həmçinin təhlükəsizlik və mühafizə sahəsində əməkdaşlıq, gəmiçilik, naviqasiya məsələləri Xəzər ekosisteminin bioloji, mineral ehtiyatlarının inkişafı və mənimsənilməsi də daxil edilirdi.

Bu Konvensiyanın qəbul edilməməsi Xəzərin statusu ilə bağlı aşağıda sadalanan bir neçə məsələyə aydınlıq gətirməli idi:

- Suyün dibi və üstü ətraf ölkələr arasında necə bölünəcək?
- Sərhədlər haradan keçirəcək və necə kəsişəcək?
- Hərbi qüvvələrin iştirakı necə tənzimlənəcək, hansı səviyyə ilə məhdudlaşacaq?
- Dənizdəki platforma və qurğular hansı zonalarda, hansı əsaslarla inşa edilə bilər?
- Onların ətrafında hansı təhlükəsizlik zonaları mövcud olacaq?
- Boru kəmərləri haradan və necə çəkiləcək?
- Şelfdə kim və harada faydalı qazıntı yataqlarını işləyə bilər?
- Xəzər hövzəsinin çaylarında su axını necə tənzimlənəcək?

Xəzər mövzusuna aid digər hərbi-iqisadi beynəlxalq müqavilə layihələrinin əlaqələndirilməsi, tərəflərin müvafiq dövlət orqanlarının nümayəndələri səviyyəsində keçirilən çoxsaylı görüşlərdə razılaşdırılırırdı.

Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında 1998-ci ilin iyulun 6-da yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsinin dibinin istifadəsinə dair Saziş, 2002-ci ilin mayın 13-də isə bu Sazişə aid Protokol imzalandı.

Qazaxıstan Respublikası və Azərbaycan Respublikası arasında 2001-ci ilin noyabrın 29-da və 2003-cü ilin fevralın 27-də müvafiq olaraq, Xəzər dənizinin dibinin istifadəsinə dair Saziş və ona aid Protokol imzalandı.

Azərbaycan, Qazaxıstan və Rusiya arasında 2003-cü ilin mayın 14-də Xəzər dənizinin dibinin həmsərhəd zonalarının delimitasiyası haqqında razılaşma imzalandı. Bu illər ərzində çoxsaylı görüşlər keçirildi, müxtəlif sənədlər imzalandı. Bu görüşləin ən əhəmiyyətlisi Xəzəryanı ölkələrin sammiti hesab edilir. İndiyə qədər 4 sammit (23-24 aprel 2002, 16 oktyabr 2007, 18 noyabr 2010 və 29 sentyabr 2014) keçirilib. İlk Xəzər sammiti Aşqabadda (Türkmənistanda) 2002-ci ildə keçirilib. Bundan sonra 2003-cü ildə Tehranda (İran) ikinci görüş keçirilməsi qərara alındı, lakin o zaman bu baş vermədi və bir neçə dəfə də təxirə salındı.

Yalnız 2007-ci ilin oktyabrında Tehranda ikinci zirvə keçirildi. Onun iştirakçıları Bəyannamə imzaladılar ki, bu da Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasına ümumi yanaşmaların mövcudluğunu göstərdi.

Xəzərin statusu ilə bağlı üçüncü sammiti çərçivəsində Bakıda beş Xəzəryanı ölkə başçılarının birgə bəyanatı, habelə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

Həştərxanda təşkil edilən dördüncü zirvə toplantısında Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran liderləri ilk dəfə Xəzərin statusu ilə bağlı gələcək razılaşmaları müəyyənləşdirəcək siyasi bəyanat qəbul etdilər. Həmçinin, prezidentlər regionda hərbi fəaliyyətin bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi və "yetərincə məqbul" prinsipi ilə həyata keçirilməli olduğunu razılaşdırdılar. Onlar əvvəllər razılaşdırılan "Xəzər dənizində tərəflərə aid olmayan Silahlı Qüvvələrin olmaması" prinsipini təsdiqlədilər.

2017-ci ilin dekabr ayının əvvəlində Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü keçirildi. Görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərin Xəzər dənizinin statusu ilə bağlı qalan sualları razılaşdırdığını söylədi. Əslində müvafiq konvensiyanın mətni hazır idi.

Azərbaycan, Qazaxıstan və Rusiya ümumilikdə bu mövzuda ciddi fikir ayrılığına malik olmayıblar. İran və Türmənistanın Xəzər akvatoriyasında daha böyük su sərhədlərinə və yataqlara iddia etməsi müqavilənin razılaşdırılması müddətini xeyli uzadıb. İran, dəniz bölgüsünü bərabər hissələr prinsipi ilə, yəni hər bir ölkənin 20% hissəyə sahib olmasında israr edirdi. Bu halda, İranın milli sektoru orta xətt üzrə bölünmə zamanı əldə edəcəyindən təxminən 7% daha çox hissəyə malik ola bilərdi. Türkmənistan isə özünə aid olmayan hissələri mənimsəyərək Azərbaycanın layihələrinə şərik olmağa çan atırdı. İllər keçdi, zamanla İran və Türkmənistan mövqelərini dəyişdi, bütün Xəzəryanı ölkələr kompromis variantlarla razılaşdılar. Sonunda Xəzərin dibinin milli sektorlara bölünməsi, suyun üst səviyyəsi ümumi istifadədə qalması, mübahisəli yataqlar üzrə razılaşmalar əldə edildi. Xəzərə kənar ölkələrin hərbi güclərinin daxil olması qadağan edildi, ekologiya, gəmiçilik, balıqçılıq və digər fəaliyyətləri əlaqələndirən strateji iqtisadi mərkəzin yaradılması məsələləri həllini tapdı. Əlavə olaraq Konvensiyada iştirakçı dövlətlər Xəzərin dibi ilə boru xətlərini və ya sualtı kabel şəbəkəsini çəkmək hüququ əldə etməsi nəzərdə tutulurdu.

Son zamanlar ABŞ-ın Xəzər dənizində hərbi bazalarının yerləşdirilməsinə gəlincə, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov bildirib ki, ABŞ Xəzərdə baza qurmağı planlaşdırmır. O, Qazaxıstan ərazisindən Əfqanıstan hökumətini dəstəkləmək üçün mülki yüklərin kommersiya əsasında dəmir yolu tranziti həyata keçirildiyini və bunun beynəlxalq ictimaiyyət üçün çox vacib olduğunu və Xəzərdə hərbi bazadan söhbət getmədiyini bildirib.

Demək olar ki, tam razılaşdırılmış Konvesiya qəbul edilmək üçün Astanada keçiriləcək Xəzəryanı dövlət başçılarını 5-ci sammitinə çıxarıldı. Nəticədə, avqustun 12-də Astanda baş tutan sammit çərçivəsinə 22 ildir müzakirə edilən Xəzərin statusu ilə bağlı Konvensiya axır ki, qəbul edildi.

Maraqlı məqamlardan biri də Xəzərin nə göl, nə də dəniz olmayan (beynəlxalq hüquqda bunlar fərqli statusa malikdir) "Xüsusi Hüquqi Statusu"nun bütün dövlətlər tərəfindən qəbul edilməsi oldu. Ən əhəmiyyətlisi isə bu razılaşmanın regiondakı müxtəlif fikir ayrılıqlarına son qoyacağına gərginliyin zəifləyəcəyinə və əməkdaşlığın güclənməsinə səbəb ola biləcək.

Xəzəryanı ölkələrin hökumətləri arasında Sərhəd Qoşunlarının Əməkdaşlıq və Qarşılıqlı Əlaqə haqqında Protokol, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, təhlükəsizlik, iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq haqqında Sazişlər də imzalandı.

Təbii ki, hər birimizin verə biləcəyi belə bir sual var. 22 il razılaşdırıla bilməyən Konvensiyanın indi imzalanması nə ilə bağlıdır?

İlk növbədə nəzərə almaq lazımdır ki, bu Konvensiyanı imzalayan böyük enerji resurslarına malik ölkələrin hamısı müxtəlif zamanlarda ABŞ sanksiyalarına və ya təzyiqlərinə məruz qalaraq ciddi iqtsadi itkilərlə üzləşiblər. Hazırda Avropanı da əhatə edən bu proses tam gücü ilə davam edir. Bu ölkələr mövcud təzyiqlərin təsir gücünü təklikdə azalda bilməyəcəklərini artıq anlayırlar. Odur ki, bu istiqamətdə Konvensiyanı imzalayaraq səyləri birləşdirmək doğru addım hesab edilir. Lakin addımım nə qədər səmərəli olduğunu iqtisadçılar proqnozlaşdıra bilər. Ən dəqiq nəticəni isə zaman göstərəcək.

Digər bir səbəb kimi bəzi ekspertlərin son zamanlar Xəzər dənizindəki yataqların o qədər də ciddi həcmdə ehtiyatlara malik olmaması ilə bağlı proqnozlarının eşidilməsidir. Belə bir proqnozun "Xəzərin dibinin bölünməsində çox canfəşanlıq etməyə dəyməz" kimi prinsipin ortaya çıxmasına səbəb olduğu iddia edilir.

Digərləri isə bu məsələdə əvvəllər daha çox ərazi sularına iddia edən İranın iqtisadi vəziyyətinin ağırlaşdığı bir dönəmdə qonşuların dəstəyini qazanmaq niyyətini irəli sürürlər.

Dünyada ABŞ tərəfindən Rusiya ilə normal münasibətlərə malik olan dövlətlərin məruz qaldığı "iqtisadi müharibə"lərin də ağır və fəalakətli nəticələrini unutmaq olmaz.

Səbəb nə olursa olsun, Xəzər dənizi özünün bioloji sərvətlərinə görə unikal bir hövzədir. Zamanla nefti və ya qazı digər enerji mənbələri əvəz edə biləcək, lakin Xəzərin bioloji ehtiyatlarını əvəz edəcək digər dəniz olmayıb, yoxdur və olmayacaq. Dünyanın heç bir yerində yetişdirilə bilməyən balıq nərə növlərinin Xəzərdə artırılması gələcək nəsillərə ən gözəl hədiyyə ola bilər.

Hər bir Xəzəryanı dövlət 15 dəniz mili ərazi sularına və əlavə 10 dəniz mili də balıq ovlama zonasına sahib oldular. Xəzərin sahilinin tez-tez dəyişməsi bu zonalara necə təsir edəcəyi barədə konkret məlumat yoxdur. Qalan akvatoriya ümümi gəmiçilik üçün istifadə ediləcək. Dənizin dibi ilə kabel və ya boru çəkilməsi, layihənin ətraf mühitə təsiri nəzərə alınaraq həyata keçiriləcək. Ətraf dövlətlərə aid olmayan kənar hərbi güclərin Xəzərdə iştirakı rəsmən qadağan edildi. Aşqabad Azərbaycanın enerji layihələrinə qoşularaq Türkmənistan qazını Avropaya nəql etmək üçün real imkanlar əldə etdi. Əvvəllər bu layihə İran və Rusiyanın qəti etirazlarına səbəb olurdu.

Xəzər dənizinin hərbiləşdirilməsi, eləcə də bu su hövzəsi ilə bağlı digər müzakirələr iyirmi ildən artıqdır davam edir. Rusiyanın burada yerləşən Xəzər donanması 70 döyüş və köməkçi gəmidən ibarətdir. İranın 90 gəmidən ibarət Xəzər donanması əsasən kiçik raket katerlərdən və bir esminesdən ibarətdir, kiçik sualtı qayıqların inşası davam edir. Qazaxıstan isə sahil mühafizəsini təşkil edən 4 raket-artilleriya gəmisinə sahibdir. Türkmənistanın donanması isə iki raket katerindən, mina axtarma gəmisinən, 15 patrul gəmisindən və bir neçə yardımçı gəmilərdən ibarətdir.

Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı Xəzərdə Rusiyadan sonra ikinci yerdədir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur.

Azərbaycan HDQ-nin ən nəhəng gəmisi 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansında 10410 layihəsi əsasında inşa olunan qayıq əleyhinə artilleriya kateri, qayıq əleyhinə "Araz" kateri, 205U layihəli raket kateri, 205P tipli 3 kater, 1388R (KRX-1) layihəli keşikçi gəmiləri, 1400M "sərhədçi" layihəli kater, 3 ədəd 12650 layihəli əsas tral və 2 ədəd 1258 layihəli reyd gəmiləri, desant qüvvələri qrupuna isə 3 ədəd Polşa istehsalı və 2 ədəd 106 və 106L layihəli gəmi, 1785 layihəli desant kateri daxildir.

Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Onlar arasında 10470 layihəli tanker, 1844 layihəli kiçik baza tankeri, 871 və 872 layihəli 2 ədəd kiçik hidroqrafik gəmi, 1893 layihəli 2 ədəd yanğınəleyhinə gəmi də mövcuddur. Yardımçı donanmaya 364 layihəli 2 ədəd yanğınəleyhinə kater, 1172 layihəli kiçik kabel gəmisi və SK-620 layihəli sanitar-hospital kateri də daxildir.

Bundan başqa, DSX-nin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri ("S" seriyalı "Point Brower"), 48 futluq "Silver Shir" tipli 3 patrul kateri bağışlayıb.

Kifayət qədər yeni dəniz vasitələri ilə təchiz olunan Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin sifarişi ilə yeni gəmilərinin inşası İsrail şirkətləri ilə birgə davam etdirilir.

Belə bir dəniz qüvvələrinin balansına sahib olan sərhədyanı ölkələrin razılaşdırdığı Konvensiyada "Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi və "yetərincə məqbul" prinsipi ilə həyata keçirilməli olduğunu" razılaşdırıblar. Pis səslənmir. Lakin "yetərincə məqbul" prinsipi hansı gəmidən hansı sayda malik olmağı nəzərdə tutduğu aydın deyil. Bu məsələ ilə bağlı əlavə açıqlamaya ehtiyac duyulur. Çünki burada hər bir ölkə özünə görə fərqli vəziyyətlərdə fərqli rəqəmləri "yetərincə məqbul" hesab edə bilər. Bu konvensiyada bütün Xəzəryanı ölkələr öz hərbi-dəniz qüvvələrini terrorçuluqla mübarizə aparmaq və sərhədlərin mühafizəsi üçün yönəldilməli olduğunu ifadə edirlər. Bütün tərəflər Xəzər hövzəsinin sülh xarakterini qorumaq üçün çalışdıqlarını, neft yataqlarını, boru kəmərlərini və tankerləri müdafiə etməyə çalışdıqlarını bildirirlər. ABŞ-ın bəyanatlarına baxsaq, onların da istər Xəzərdə, istərsə də dünyanın digər enerji ehtiyatlarına malik əraziləri ilə bağlı bəyanatları heç də fərqli səslənmir. Lakin real fəaliyyətlər bir az daha fərqli görünür. Məsələn, ABŞ-ın İraq-Küveyt məsələsində tutduğu mövqeni, İran-İraq müharibəsində real vəziyyətə görə fərqli istiqamətlərə doğru dəyişməsini göstərə bilərik. Razılaşmaya görə Azərbaycanda qalmalı olan gəmilərin müxtəlif bəhanələrlə Rusiyaya qaçırılıb bu günkü günə kimi geri verilməməsi də yadımızdadır. Azərbaycanın Tehranın maraqlarına xidmət etməyən addım atdığını hesab edən zaman İranın HHQ-nin hava məkanımızı dəfələrlə pozmasını da unutmadıq. Yəni bəzi qonşularımızın öz imzalarına hörmətlə yanaşmadıqlarının şahidi olmuşuq. Buna görə də dəniz, yer və hava məkanının pozulması hallarının qarşısının alınması üçün tərəflərin öhdəliklərinin də bu Konvensiyada yer alması çox məqsədəuyğun olardı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Xəzər-dənizi   Konvensiya  

Tarixi sammitdə "yetərincə məqbul" prinsipi: Hərbi məsələlər hansı şəkildə müzakirə edilib?

2018/08/aktau_caspian_summit_120818_1534164176.jpg
Oxunub: 4354     20:30     13 Avqust 2018    