Kreml İrəvanı "alovlandıracaq", yoxsa onu güclü Bakı ilə əvəz edəcək? – HƏRBİ EKSPERT (ANALİZ)

2018/08/345345_1534160576.jpg
Oxunub: 8818     19:40     13 Avqust 2018    
Gözlənildiyi kimi, ümummilli etiraz dalğası üzərindən hakimiyyətə gələn yeni Ermənistan rəhbərliyi yavaş-yavaş Rusiyadan uzaqlaşır. Ermənistanın yeni baş naziri Nikol Paşinyan hərdən astaca da olsa Ermənistanın KTMT üzvlüyünə və Rusiya ilə müttəfiq münasibətlərinə alternativ görmədiyi barədə bəyanatlarına baxmayaraq İrəvan Moskva sahilindən NATO-ya tərəf meyllənir.

Son günlərdə Ermənistan rəhbərliyi tərəfindən fəaliyyətdə olan KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürməsi Rusiya Federasiyası ilə Ermənistan arasındakı münasibətləri ciddi şəkildə mürəkkəbləşdirib. Bu ittihamlar onun KTMT rəhbəri kimi fəaliyyətinə aid olmasa da, 2008-ci ildəki İrəvanda müxalifət mitinqlərinin basdırılması dövrünə aiddir. Həmin dövrdə Xaçaturov İrəvan qarnizonunun rəisi idi. Yeni erməni rəhbərliyin fikrincə, müxalifətə qarşı qarnizonun hərbi hissələrinin istifadə olunmasına generalın birbaşa aidiyyatı var. Təbii ki, qarnizon rəisinin əmri olmadan hərbi hissələr öz funksiyasına aid olmayan fəaliyyətlərə cəlb edilə bilməzdi.

Bu hadisələrdə hakimiyyətin əsas hərbi qüvvələrinə həmin dövrdə İrəvan qarnizonunun rəisi, Ermənistan müdafiə nazirinin müavini general Yuri Xaçaturov rəhbərlik edirdi. 1-2 mart tarixlərdə İrəvan qarnizonunun hərbçilərinin iştirakı ilə nümayişlər vəhşicəsinə yatırıldı, seçkilərdə saxtakarlıq olduğunu iddia edən Levon Ter-Petrosyanın lideri olduğu müxalifət düşərgəsinə divan tutuldu. Divana rəhbərlik edən Xaçaturov 45 gün sonra Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsi ilə mükafatlandırıldı.

Qeyd etmək lazımdır ki, bu hadisələr nəticəsində Nikol Paşinyan özü də ciddi ziyan gördü. Həmin hadisələrin ardından o, baş verən kütləvi ixtişaşları təşkil etməkdə təqsirli bilinərək, 2010-cu ildə həbs cəzası aldı. Doğrudur, Paşinyan 2011-ci ildə Ermənistanın müstəqillik qazanmasının 20-ci ildönümü ilə bağlı elan edilən böyük bir amnistiya ilə azad edildi. Lakin görünür, erməni inqilabçı öz türmə həyatını hələ də unutmayıb. Artıq Ermənistanın keçmiş prezidenti Robert Köçəryan kimi əli Xocalı faciəsinin qurbanlarının qanına bulaşan məşhur fiqur da "ədalətin təntənəsi" şüarı adı altında həbsdədir. Yuri Xaçaturov da bütün sahələrdə olduğu kimi, bu fəaliyyətlərdə də Robert Köçəryanın yanında olub. Hər iki əli qanlı qatilə qarşı artıq ittiham elan edilib. Lakin ittihamda dinc azərbaycanlı əhalinin qətli ilə bağlı epizodların qətiyyən yer almaması Paşinyanın "ədalətin təntənəsi"ndən çox, əvvəlki hakimiyyətlə şəxsi hesablarını "çürütmək" istədiyi ortaya çıxır.

Təbii ki, Rusiyanın Xarici İşlər Nazirliyi cənub forpostunda etibarlı tərəfdaşları olan Köçəryan və Xaçaturovun həbsinə reaksiya verməyə bilməzdi. Rusiyalı nazir Sergey Lavrov Ermənistan hökumətinin həyata keçirdiyi tədbirlər haqqında olduqca kəskin danışaraq, yeni rəhbərliyi millətin birliyini gücləndirmək əvəzinə onu bölməyə çalışdığını və könhə hesabları qabartmaqda günahlandırıb. Nəzərə alsaq ki, bəyanat müəllifi Rusiyadaır, o zaman vəziyyət dəyişir. Bəziləri bunu "böyük sponsorun çağırışı" kimi də qəbul edə bilər.

Yəqin ki, bu məsələ şifahi tənqidlərlə məhdudlaşmayacaq. Rusiya Prezidentinin administrasiyasına yaxın mənbələr bildirir ki, Kreml İrəvanda baş verən hadisələrdən və Ermənistanın KTMT-nin nüfuzuna belə bir ağır zərbə vurmasından çox narahatdır. Hesab edin ki, Norveç hökuməti öz vətəndaşı və keçmiş Baş nazir, indiki NATO baş katibi olan Yens Stoltenberqi həbs edib. Bu zaman ABŞ və digər üzv dövlətlərin də reaksiyası maraqlı olardı.

Buna görə, İrəvanın rus silahı alması üçün Rusiyanın Ermənistana verəcəyi 100 milyon dollar dəyərində kreditin ayrılması dayandırıldı. Nəzərə alsaq ki, Rusiya Ermənistana verdiyi silahlarda daxili bazar qiymətlərini tətbiq edir, o zaman bu rəqəmin real silahlarla ifadəsi dəfələrlə böyük olacağı şübhə doğurmur. Qısası, Ermənistanın rus silahlarını "yerli" qiymətlərlə, yəni daxili müdafiə sənayesinin öz ordusu üçün müəyyən etdiyi qiymətlərlə alır. Buna görə əslində, bu 100 milyonun dünya silah bazarında qarşılığı azı iki dəfə çoxdur.

Ermənistanın köhnə rəhbərliyinin Rusiyadan "İskəndər" OTRK və bir neçə Su-30SM qırıcısı almaq arzusu da yumşaq dillə desək çox şübhəlidir. İrəvan üçün bu məsələ Azərbaycanla münasibətlər kontekstində çox vacib hesab edilirdi.

Maraqlıdır, Ermənistan KTMT Baş katibinin vəzifəsini özündə saxlamağı planlaşdırır. Ermənistan Baş nazirinin mətbuat katibi Arman Yeğoyanın sözlərinə görə, "KTMT katibli kvotası 2020-ci ilədək Ermənistan məxsusdur və Xaçaturovun istintaqı Ermənistanın daxili işidir". Rusiya isə vəziyyətin bu cür inkişaf etməsinin tam əleyhinədir. Çünki, Qərb ilə, bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsi ilə münasibətlərini hər gün daha da inkişaf etdirən Ermənistan hökumətinin yeni təyin edəcəyi KTMT sədri həm Paşinyana, həm də Qərbin müxtəlif kəşfiyyat qurumlarına xidmət edən bir şəxsin olacağı ehtimalı çox böyükdür. Dolayısı ilə Xaçaturovun həbsi və onun dəyişdirilməsi faktiki olaraq KTMT-nin sədri vəzifəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşının təyin edilməsi deməkdir. Daim belə əsas vəzifələrdə özünə uyğun kadrları görməyə adət edən Moskvanın buna razı olacağı real görünmür. İrəvanı bu addımlardan çəkindirməkdən ötrü Kremlin müxtəlif addımlar atacağı, "assimmetrik" tədbirlər görəcəyi şübhəsizdir.

Buna görə də Ermənistanın yeni namizədini baş katibi postuna təsdiq etdirmək çətin olacaq. Böyük ehtimalla bu vəzifəyə Belarus nümayəndəsi təyin ediləcək. Bu isə Ermənistan hökumətinə və Paşinyana ciddi bir "siyasi zərbə" olacaq.

Xaçaturov və Köçəryan kimi Rusiya vassallarının həbsi ilə bağlı qalmaqal bitmədən Rusiya-Ermənistan arasındakı münasibətlərə ciddi kölgə salan digər hadisələr baş verir. İrəvan Gürcüstanda başlayan və Rusiyanın narahatlığına səbəb olan "Noble Partner 2018" NATO təlimlərinə ilk dəfə qatıldı. Doğrudur İrəvanın bu təlimlərdəki iştirakı müşahidəçi qismindədir və bir qrup zabit heyəti ilə məhdudlaşır. Lakin bu təlimlərin dinamikasına nəzər saldıqda belə bir mənzərə yaranır: üç il bundan əvvəl keçirilən ilk təlimdə yalnız 400 Gürcüstan və 200 ABŞ hərbçisi iştirak edirdi, ötən il ittifaqın səkkiz ölkəsi 2805 personalla təmsil olundu. Bu il isə artıq 13 ölkədən 3000 nəfərdən çox NATO hərbçisi Rusiyanın quru, dəniz və hava sərhədlərində təlim keçir.

Bu təlimlər qətiyyətlə Rusiyanın Qafqazdakı mövqeyinin möhkəmlənməsinə xidmət etmir. Təbii ki, Moskva bu tədbirdə iştirak edən ölkələrin əhatəsinin sürətlə genişləndirilməsinə olduqca neqativ münasibət bəsləyir. İndi isə bu ölkələrdən biri də Rusiya silahı, vəsaiti və əsgəri hesabına dövlətçiliyini nisbətən qoruyub saxlamağa nail olan, KTMT-nin fəaliyyətdə olan daimi üzvü Ermənistandır.

Azərbaycanın "Noble Partner 2018" təlimlərində iştirak etməsi də Ermənistan hakimiyyətinin NATO dəvətindən imtina etməsinə səbəb olmadı. Deməli Paşinyan Rusiyanın həm maliyyə, həm hərbi, həm də siyasi dəstəyindən imtina edərək NATO orbitinə tərəf inamla irəlləyir. Bu isə yaxın gələcəkdə onsuz da labüd olan daha ciddi fəaliyyətlərin başlanmasına səbəb ola bilər. Moskvanın indiyə qədər görünməyən sərt bir şəkildə öz müttəfiqini tənqid etməsi, onun İrəvanın indiki rəhbərliyinə qarşı "məhəbbətinin sona çatmasını" göstərir. Yaxın gələcəkdə Kremlin Paşinyan və onun komandası ilə əməkdaşlığı mümkün görünmür.

İrəvanın bu şıltaqlığını Moskva yəqin ki, bağışlamayacaq. Nə qədər ki, İrəvan Rusiyadan çox aslıdır, bunu etmək bir o qədər asandır. Əlbəttə ki, bu səliqəli bir şəkildə, məhdudlaşdırmaları qabartmadan, kreditləri, subsidiyalar və üstünlükləri tədricən aradan qaldırmaqla həyata keçiriləcək. Paşinyanı hakimiyyətə gətirən qüvvələr yenə İrəvanın küçələrinə çıxacaq. Lakin bu dəfə Paşinyanın özünə qarşı.

Belə bir vəziyyətin davam etməsi Moskvanın sadəcə Ermənistandan "doyması" ilə də nəticələnə bilər. Türkiyə ilə Rusiyanın münasibətlərin yaxşılaşması kontekstində, İstanbulun ən yaxın tərəfdaşı olan sabit və güclü Azərbaycanla əlaqələri dərinləşdirmək daha doğru olardı. İqtisadi cəhətdən, Bakı aşkar şəkildə daim maliyyə və silah dilənən İrəvandan daha maraqlı, etibarlı və perspektivlidir.

İstənilən halda seçim variantları elə də çox deyil: Rusiya Ermənistanı əldə saxlamaq və qorumaq üçün onu "alovlandıra" bilər və ya onu daha güclü Azərbaycan ilə əvəz edə bilər, lakin NATO-ya çox yaxınlaşmasını heç cürə həzm edə bilməz.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ermənistan   NATO   KTMT  

Kreml İrəvanı "alovlandıracaq", yoxsa onu güclü Bakı ilə əvəz edəcək? – HƏRBİ EKSPERT (ANALİZ)

2018/08/345345_1534160576.jpg
Oxunub: 8819     19:40     13 Avqust 2018    