Rusiya aylar sonra ilk dəfə Hələbdə əməliyyat keçirib

2018/08/Снимок_1533976935.png
Oxunub: 223     12:38     11 Avqust 2018    
Rusiya Aerokosmik Qüvvələrinə məxsus qırıcılar Hələbdə terrorçulara məxsus silah bazalarını bombalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Suriyadakı Rusiya Koordinasiya Mərkəzi verib.

Bildirilib ki, Hələbin Urum Kübra şəhərində “Cəbhət Təhrir Suriya” terror qruplaşmasına məxsus silah bazaları yerlə bir edilib.

Aviazərbələr nəticəsində 3 deponun və 11 terrorçunun məhv edildiyi bildirilir.

Qeyd edək ki, bu, ötən il dekabr ayından bu yana bölgədə Rusiya tərəfindən həyata keçirilən ilk əməliyyatdır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Suriya   Terrorla-Mübarizə  

Xəbər lenti

Rusiya aylar sonra ilk dəfə Hələbdə əməliyyat keçirib

2018/08/Снимок_1533976935.png
Oxunub: 224     12:38     11 Avqust 2018    