Çinin hərbi çağırış şərtlərində 3 əsas prioritet

2018/08/38894207_413616289161943_7482124069500878848_n_1533909035.jpg
Oxunub: 358     23:13     10 Avqust 2018    
Çin Müdafiə Nazirliyi bu il ediləcək icbari hərbi xidmətlə bağlı çağırışlarda 3 əsas prioritet ortaya qoyub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Çin Müdafiə Nazirliyi bu il üçün nəzərdə tutulan hərbi çağırışlarda 3 əsas istiqaməti hədəf alacaq.

1. Donanma və hərbi hava qüvvələrinin tərkibini genişləndirmək. Belə ki, bu il ərzində orduya qoşulacaq yeni hərbi qulluqçular arasında əvvəlki ilə nisbətdə 300 min nəfər daha çox donanma və aviasiya qüvvələri qulluqçusu formalaşdırılacaq.

2. Yeni çağırışçılar arasında müddətdən artıq xidmət edən təcrübəli kadrların sayının daha çox olması üçün zəmin hazırlamaq: Bu əsasən hərbçilərin maaşlarının artırılması və həyat standartlarının daha da yüksəldilməsi ilə həyata keçiriləcək.

3. Hərbçilərin xidmət edəcəyi bölgələrin onlar üçün daha ideal olacaq şəkildə seçilməsi: Bununla XAO rəhbərliyi hərbçilərin öz yaxınlarına və tanışlarına daha yaxın olduğunu hiss etdirərək onları mənəvi olaraq daha yüksək tutmağa çalışır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Çin   XAO   Hərbi-Çağırış  

Çinin hərbi çağırış şərtlərində 3 əsas prioritet

2018/08/38894207_413616289161943_7482124069500878848_n_1533909035.jpg
Oxunub: 359     23:13     10 Avqust 2018    