İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

2018/08/Снимок_1533907512.png
Oxunub: 1165     21:19     10 Avqust 2018    
“İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir”.

Ordu.az İRNA-ya istinadən xəbər verir ki, bu fikri İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çətinlə görüşərkən səsləndirib.

Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsizlik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”.

Ordu.az

Teqlər: Azərbaycan   Türkiyə   İran  

İranlı general: “Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

2018/08/Снимок_1533907512.png
Oxunub: 1166     21:19     10 Avqust 2018    