Prezident konqresmenlərlə Qarabağı müzakirə etdi

2018/08/Снимок_1533907079.png
Oxunub: 619     16:58     10 Avqust 2018    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi bildirildi, ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin Azərbaycana səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara fəal dəstək verdiyi qeyd edildi, ölkələrimizin beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ordu.az

Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ   ABŞ  

Xəbər lenti

Prezident konqresmenlərlə Qarabağı müzakirə etdi

2018/08/Снимок_1533907079.png
Oxunub: 620     16:58     10 Avqust 2018    