Türkiyə BQ: Son bir həftədə 39 terrorçu məhv edilib

2018/08/received_2173938939505097_1529686233_1533899208.jpeg
Oxunub: 655     15:05     10 Avqust 2018    
Türkiyə Baş Qərargahı ordunun 3-9 avqust tarixlərində həyata keçirdiyi anti-terror əməliyyatları ilə bağlı rəsmi hesabatını yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Türkiyənin Şırnak, Siirt, Mardin vilayətlərində və İraqın şimalında həyata keçirilib.

Hesabatda qeyd olunub ki, əməliyyatlar zamanı 24-ü ölkə daxilində, 15-i İraqda olmaqla ümumilikdə 39 PKK terrorçusu məhv edilib.

Terrorçulara məxsus xeyli sayda silah, o cümlədən 19 tüfəng, 3 tapança, 2 pulemyot, 28 qumbara, 7 rabitə vasitəsi, 158 kiloqram mərmi müsadirə edilib.

Ordu isə əməliyyatlarda 1 şəhid verib, daha 4 hərbçi yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Terror  

Xəbər lenti

Türkiyə BQ: Son bir həftədə 39 terrorçu məhv edilib

2018/08/received_2173938939505097_1529686233_1533899208.jpeg
Oxunub: 656     15:05     10 Avqust 2018    