Tacikistan Prezidenti: "Diplomatik dialoq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur"

2018/08/15338-1533898488_1533899108.jpg
Oxunub: 455     18:51     10 Avqust 2018    
"Bizim düşüncəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur".

Ordu.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Danışıqlar zamanı Əfqanıstan problemini müzakirə etdiklərini bildirən Tacikistan Prezidenti, Cənubi Qafqazda cərəyan edən proseslər üzrə də fikir mübadiləsi apardıqlarını qeyd edib.

"Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, o cümlədən Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim düşüncəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur", - deyə Emoməli Rəhmon vurğulayıb.

Ordu.az

Teqlər:

Tacikistan Prezidenti: "Diplomatik dialoq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur"

2018/08/15338-1533898488_1533899108.jpg
Oxunub: 456     18:51     10 Avqust 2018    