Suriya HHQ İdlibin üzərində: Müharibə çox yaxında başlayacaq

2018/08/Снимок_1531303862_1533897830.png
Oxunub: 400     18:42     10 Avqust 2018    
Suriya ordusuna məxsus qırıcılar İdlibin “Hayat Təhrir Əş-Şam” terrorçularının nəzarətindəki bölgələrinə məktublar paylaraq yerli əhalini ordu ilə əməkdaşlığa səsləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla ordu yerli əhalini terrorçulara qarşı etirazlara qaldıraraq bölgədəki silahlı qruplaşmaları daxildən zəiflətməyi planlaşdırır.

Belə ki, bunun üçün də məktublarda əhalinin bölgədə fəaliyyət göstərən yerli koordinasiya mərkəzləri ilə əməkdaşlıq etmələri xahiş olunub.

“Sizin Suriya Ərəb Ordusu ilə əməkdaşlığınız özünüzü və yaxınlarınızı terrorçulardan azad edəcək. Biz hər birinizi bölgədəki koordinasiya mərkəzlərinə gedərək əməkdaşlıq göstərməyə səsləyirik. Müharibə çox yaxında başlayacaq. Onun tez bitməsi sizin dəstəyinizdən asılıdır”, - deyə məktublarda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İdlib  

Suriya HHQ İdlibin üzərində: Müharibə çox yaxında başlayacaq

2018/08/Снимок_1531303862_1533897830.png
Oxunub: 401     18:42     10 Avqust 2018    