“Al-Masdar”: İsrailə məxsus hərbi karvan Qəzzaya doğru irəliləyir

2018/08/Снимок_1533883332.png
Oxunub: 443     14:45     10 Avqust 2018    
İsrailə məxsus çox sayda tank və zirehli texnikanın daxil olduğu nəhəng hərbi karvan İsrail-Fələstin sərhədinə doğru irəliləyir.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, sözügedən hərbi karvanda yer alan texnikaların sayı 2014-cü ildə HƏMAS-a keçirilən irimiqyaslı əməliyyatlar zamanı istifadə edilən texnikaların sayını üstələyir.

Belə ki, Qəzza zolağına göndərilən hərbi karvanda 70-dən çox hərbi texnika və 400-ə qədər hərbçi yer alıb.

Hələlik İsrail tərəfi karvanın hansı məqsədlə bölgəyə göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, dünən axşam İsrail və HƏMAS arasında atəşkəs razılığı əldə edildiyindən göndərilən hərbi qüvvənin aktiv əməliyyatlar keçirəcəyi bir o qədər də inandırıcı görünmür.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   HƏMAS   Qəzza   Hərbi-Karvan  

“Al-Masdar”: İsrailə məxsus hərbi karvan Qəzzaya doğru irəliləyir

2018/08/Снимок_1533883332.png
Oxunub: 444     14:45     10 Avqust 2018    