102-ci hərbi bazanın kəşfiyyatçıları təlim keçirir

2018/08/34_1533835165.jpg
Oxunub: 687     01:17     10 Avqust 2018    
Ermənistandakı rus hərbi bazasının “Kamxud” yüksək dağ təlim mərkəzində kəşfiyyat bölmələrinin təlimləri başlayıb.

Ordu.az RF Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinə istinadən xəbər verir ki, bir ay ərzində rus hərbi bazasının kəşfiyyatçıları ordu aviasiyasından istifadə edərək desantçıxarma və şərti düşmənin bazasının axtarışı elementlərini yerinə yetirəcəklər.

Hərbi qulluqçular təlimlərdə kəşfiyyat vasitələri, idarəetmə və “Strelec” rabitə vasitəsindən istifadə etməklə şərti düşmənin qüvvə və vasitələrinin koordinatlarını ötürür və ehtimal olunan şərti düşmənin hərəkət marşrutunda yaxın məsafədən ona hücum etmək üçün pusquda fəaliyyət tərzlərini məşq edirlər. Təlimlər zamanı, həmçinin “Radiolampa” radiolakasiya stansiyasının tətbiqi bacarıqlarını mənimsəyəcəklər.

Qeyd edək ki, kəşfiyyatçıların praktiki təlimlərinə 200-dən artıq hərbi qulluqçu, 50-dək hərbi texnika, o cümlədən ordu aviasiyası və PUA-lar cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   102-baza  

102-ci hərbi bazanın kəşfiyyatçıları təlim keçirir

2018/08/34_1533835165.jpg
Oxunub: 688     01:17     10 Avqust 2018    