Nazir müavini Yəhya Musayev Misir nümayəndə heyətini qəbul edib

2018/08/38668220_429103900830312_8658314182204063744_n_1533834158.jpg
Oxunub: 194     21:01     09 Avqust 2018    
Avqustun 8-də nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

MSN-in Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirib. Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

Ordu.az

Teqlər: MSN   Misir-Azərbaycan  

Xəbər lenti

Nazir müavini Yəhya Musayev Misir nümayəndə heyətini qəbul edib

2018/08/38668220_429103900830312_8658314182204063744_n_1533834158.jpg
Oxunub: 195     21:01     09 Avqust 2018    