Kreml: Rusiya hələ də ABŞ-la konstruktiv əlaqələrə ümid edir

2018/08/1198323_1531395597_1533819516.jpg
Oxunub: 310     20:51     09 Avqust 2018    
“Şübhəsiz ki, Rusiya Vaşinqtonun da tələblərinin qarşılanacağı ikitərəfli razılıqların əldə edilməsində maraqlıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirlər Rusiya Prezident Administrasiyasından açıqlanan bəyanatda qeyd olunub.

Bəyanatı səsləndirən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Vaşinqtonun Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbul edilməsi ilə bağlı qərarını təəssüf hissi ilə qarşılayır.

“Təəssüf ki, ABŞ və digər Qərb nümayəndələri ilə təkbətək görüşlərin keçirilməsi o qədər də mümkün olmur. Biz son görüşdə Vaşinqtonla ciddi irəliləyişlər əldə etdik. Moskva Suriya və Ukrayna problemlərində ortaya çıxan anlaşılmazlıqların və fikir ayrılıqlarının aradan qaldırılmasına maraqlıdır. Biz sonuncu sanksiyalar paketinə baxmayaraq hələ də ABŞ-la konstruktiv əlaqələrin qurulacağına ümid edirik”, - deyə bəyanatda səsləndirilib.

Dəyanət Ağalarlı

Teqlər:

Kreml: Rusiya hələ də ABŞ-la konstruktiv əlaqələrə ümid edir

2018/08/1198323_1531395597_1533819516.jpg
Oxunub: 311     20:51     09 Avqust 2018    