Ermənistan ordusunun mayoru ölüb

2018/08/1_1533798661.jpg
Oxunub: 5825     15:00     09 Avqust 2018    
Avqustun 9-da saat 07:50 radələrində Loru vilayətinin İrəvan-Vanadzor yolunun Spitak dolaylarında Araqatsotn vilayətinin Kuçak kənd sakini 32 yaşlı Artak Qriqoryan idarə etdiyi "Mercedes ML" markalı avtomobilinin idarəetməsini itirərək qəza törədib.

Ordu.az xəbər verir ki, avtomobil yolkənarı dəmir maneələrə çırpılaraq 150 m-dək məsafədə bir neçə dövrə vurmaqla dərəyə yuvarlanıb.

Məlumata görə, qəza nəticəsində sürücü A.Qriqoryan hadisə yerində ölüb. Onun meyiti avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

Hadisə yerinə Ermənistan müdafiə nazirliyinin hərbi polis idarəsinin Vanadzor şöbəsinin əməliyyat qrupu cəlb edilib. Ölən Qriqoryan Ermənistan ordusunun mayor rütbəli, avtotexniki hissə rəisi olub.

Hazırda hərbi istintaq baş idarəsinin 7-ci qarnizon istintaq şöbəsi tərəfindən araşdırma aparılır.

Ordu.az

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm   Qəza  

Ermənistan ordusunun mayoru ölüb

2018/08/1_1533798661.jpg
Oxunub: 5826     15:00     09 Avqust 2018    