“Bloomberg”: Pakistan Əfqanıstanla sərhədə əlavə 60 min hərbçi yerləşdirəcək

2018/08/345345_1533795952.jpg
Oxunub: 403     14:24     09 Avqust 2018    
Pakistan ordusu Əfqanıstandan gələ biləcək potensial terror təhlükələrinin qarşısını almaq üçün sərhədboyu bölgələrdə əlavə təhlükəsizlik tədbirləri görəcək.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pakistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Pakistan rəhbərliyi qarşıdakı 2 il ərzində mərhələləi olaraq əlavə 60 min nəfər hərbçinin Əfqanıstanla sərhəd Durand zolağı boyunca yerləşdirilməsini planlaşdırır.

Məlumata əsasən, artıq hərbçilərin 40 faizə qədəri lazım olan döyüş hazırlığı təlimləri keçirilib və bölgəyə yerləşdirilmək üçün hazır vəziyyətə gətirilib.

Həmçinin artıq Əfqanıstanla sərhəd 2343 kilometr sərhəd zolağının 13 faizlik bölümü tikanlı məftillərlə hasarlanıb.

Qeyd edək ki, Durand zolağı “Taliban”ın və İŞİD terrorçularının Əfqanıstandan Pakistana keçmək üçün istifadə etdiyi əsas bölgədir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər:

“Bloomberg”: Pakistan Əfqanıstanla sərhədə əlavə 60 min hərbçi yerləşdirəcək

2018/08/345345_1533795952.jpg
Oxunub: 404     14:24     09 Avqust 2018    