Aİ “Brexit”ə görə dəniz qüvvələri qərargahını İspaniyaya köçürür

2018/07/38036870_2621970801362405_2741603703801774080_n_1533060951.jpg
Oxunub: 3314     02:14     01 Avqust 2018    
Avropa İttifaqı Birləşmiş Krallığın çıxmasından dolayı öz dəniz qüvvələri qərargahını İspaniyaya köçürməyi düşünür.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gələn ilin martından etibarən köçürülmə işlərində başlacaq. Qərargah Britaniyanın Northvud şəhərindən İspaniyanın Rota şəhərinə köçürüləcək.

Həmçinin İttifaq 2020-ci il dekabrın 31-nə qədər Somali sahillərində dəniz quldurluğuna qarşı əməliyyatlatını genişləndirmək məqsədilə Fransanın Brest şəhərində mərkəz açacaq.

Eyni zamanda İspaniya donanmasının vitse-admiralı Antonio Martorell Lakave general-mayor Çarli Stiklandı əvəz edərək, Atalanta Əməliyyat Komandanlığının rəhbərliyinə keçəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Qərargah  


Bizi "telegram"da izləyin