Ermənistan MN cinayətkar zabitləri müdafiə edir - FOTO (VİDEO)

2018/07/566456_1525084001_1531927454_1532628176.jpg
Oxunub: 1404     22:01     26 İyul 2018    
Ermənistanın Vardenis şəhərində dislokasiya olunan hərbi hissədə öldürülmüş, yefreytor Hovhanes Melkonyan dar, bir otaqlı, dağılmış tavan və dam örtüyü olan, dörd divardan ibarət qara dağılmış bir evdə yaşayıb. Onun 3 övladı olub. Aldığı məişət əşyalarına görə banklara kredit borcu var. Ancaq bunun daha əhəmiyyəti yoxdur, çünki iyunun 22-də yefreytor Hovhanes Melkonyan hərbi hissədə öldürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun arvadı Leyla xəstə olsa da, evlərdə muzdlu işlər görür.

Məlumata görə, 12 yaşında olarkən Hovhanes Melkonyanın valideynləri də 1988-ci ilin zəlzələsində ölüblər. Qardaşı 32 yaşında ölüb və kimsəsiz qalıb. Melkonyanın orduya getməkdə məqsədi evini təmir etmək olub. 9 iyun tarixində qızının toyu olub, iyunun 22-də isə onu öldürüblər. O, bütün 15 illik qulluğu boyu cəmi bir dəfə "Qara Bəbir" dəstəsi tərəfindən təltif edilib.

Bildirilir ki, Hovhanes Melkonyanı öldürən komandir müavini, kapitan rütbəli hərbi qulluqçunu məhkəmə həbs etməyib. Ölüm hadisəsini törədən bölük komandirinin müavini kapitan Sarkis Karapetyan olub.

Qardaşı onu ölən hərbi qulluqçunun qohumlarının yanına, həmin o dar yarım dağılmış evə gətirib. Hadisəni törədən kapitan qohumları qarşısında diz çöksə də, "hələ vaxtı deyil" deyərək, məzarlığa getməkdən imtina edib. O, hadisəni törədərkən sərxoş olub, aşbazın silahını götürərək onu vurub. Hadisəni törədənin komissarlıqda və digər qurumlarda qohumlarının olması səbəbindən, tanışlıqdan istifadə edərək, onu 3 gün sonra həbsdən buraxıblar.

Vəkil Roza Sedrakyan bildirir ki, toyuq oğurlayanı dama basırlar, adam öldürəni azadlığa buraxırlar. Ölənin arvadı rəsmi ittihama inanmadığını bildirib. O qeyd edib ki, ölüm hadisəsinə komandirin mərc gəlməsi səbəb olub. Hadisə ilə bağlı 12 nəfər dindirilsə də, heç birinin ifadəsi bir-birinə uyğun gəlmir.

Məlumata görə, ilk hal iyunun 22-də saat 21:00 radələrində baş verib. Daha sonra 22:50 radələrində sərxoş olan bölük komandirinin müavini, həmin postda xidmət edən digər müqaviləli hərbi qulluqçu Darbinyanın silahını götürüb və ətrafa pərakəndə atəş açıb. Nəticədə, bir neçə metr uzaqlıqda döyüş növbətçiliyi aparan müqaviləli hərbi qulluqçu Hovhanes Melkonyan ölüb. Məlum olub ki, kapitanın havaya atəş açmağa vərdişi olub. Erməni kapitan eyni hadisəni, hərbi qulluqçunu öldürməzdən bir neçə gün əvvəl iyunun 15-də də təkrar edib. Hazırda kapitan Karapetyan hərbi qulluğunu davam etdirir.

Hadisəni törədən kapitanın ehtiyatsızlıqdan adam öldürmə maddəsilə deyil, dövlət əmlakını korlamaqda ittiham olunması, zərərçəkənləri daha da hiddətləndirib.

Ermənistan müdafiə nazirliyinin mövqeyini ifadə edən Artsrun Hovhanisyan isə bildirib ki, əgər ölüm hadisəsi şüurlu şəkildə qəsdən törədilməyibsə, heç vaxt zabit həbs edilmir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Xəbər lenti

Ermənistan MN cinayətkar zabitləri müdafiə edir - FOTO (VİDEO)

2018/07/566456_1525084001_1531927454_1532628176.jpg
Oxunub: 1405     22:01     26 İyul 2018    