Çin S-400-ün ilk dəstini əldə edib

2018/07/1199357_1532582481.jpg
Oxunub: 973     09:20     26 İyul 2018    
Çin Rusiya istehsalı S-400 “Triumf” havadan müdafiə sistemlərinin ilk hissəsini əldə edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə adıçəkilməyən hərbi-diplomatik mənbə bildirib.

“Ötən həftə Rusiya tərəfindən dəniz vasitəsilə S-400 raket sistemlərinin Çinə çatdırılması ilə bağlı qəbuletmə sertifikatı imzalanıb. Sənədlər imzalandıqdan sonra sistemlər Çin rəhbərliyinə keçib”, - deyə mənbə qeyd edib.

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti bu informasiya ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Rusiyanın Çinə S-400-lərin satışı ilə bağlı müqavilə imzalamasına dair ilk xəbərlər 2014-cü ilin noyabrında yayılıb. Bundan bir il sonra, 2015-ci ilin noyabrında Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kozin bu məlumatı təsdiq edib. Çin bu sistemlərin ilk xarici müştərisi olub və o, həmin sistemlərin iki dəstini əldə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   S-400   Rusiya  

Xəbər lenti

Çin S-400-ün ilk dəstini əldə edib

2018/07/1199357_1532582481.jpg
Oxunub: 974     09:20     26 İyul 2018    