İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib - VİDEO

2018/07/345345_1532323520.jpg
Oxunub: 483     13:22     23 İyul 2018    
İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriya ordusunun Həma vilayətindəki mövqelərinə aviazərbələr endirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildiriblər.

Mənbələr İsrail təyyarələri tərəfindən azı 10 raketin atıldığını və bunların Əl-Zəvi qəsəbəsindəki bir neçə post və təsisatı vurduğunu bildirib. Vurulan hədəflər arasında Suriya ordusuna məxsus hərbi fabriklər də var.

Suriya hava hücumundan müdafiə sistemlərinin hücuma cavab verməyə çalışdığı və iki raketin zərərsizləşdirildiyi bildirilir. Buna baxmayaraq hücum nəticəsində azı iki nəfər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Suriya   Hücum  

İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib - VİDEO

2018/07/345345_1532323520.jpg
Oxunub: 484     13:22     23 İyul 2018    