ABŞ-da Ağdamın işğalı ilə bağlı kampaniya başladı

2018/07/abas-1532257133_1532261548.jpg
Oxunub: 1507     19:10     22 İyul 2018    
ABŞ Azərbaycanlıları Şəbəkəsi 1993-cü il iyulun 23-də Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə amerikan ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb.

Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.

Məktublarda Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının işğalı faktı, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamlar qeyd olunub, statistik rəqəmlər göstərilib. Məktub müəllifləri BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) və həmin tələbləri ehtiva edən BMT Baş Assambleyasının A/62/L.42 qətnaməsinə rəsmi İrəvan tərəfindən tam etinasızlıq göstərildiyini qeyd ediblər.

Azərbaycan diasporunun üzvləri ABŞ hökumətini Ermənistanın işğalçı qoşunlarının suveren Azərbaycanın ərazilərindən çıxarılmasına dair beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına şərait yaradılması məsələlərində Yerevana təzyiq göstərməyə çağırırlar.

Ordu.az

Teqlər: ABŞ   Ağdam  

ABŞ-da Ağdamın işğalı ilə bağlı kampaniya başladı

2018/07/abas-1532257133_1532261548.jpg
Oxunub: 1508     19:10     22 İyul 2018    