Rusiya və Qətər "Kornet"lərin çadırılmasına dair müqavilə imzalayıb

2018/07/1199019_1532197160.jpg
Oxunub: 575     02:47     22 İyul 2018    
Rusiya və Qətər "Kornet" tank əleyhinə idarəolunan raket sistemlərinin və kiçik çaplı silahların çatdırılmasına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Qətərdəki səfiri Nurmaxmad Kolov bildirib.

"Hərbi-texniki əməkdaşlıq sazişi 2017-ci ilin oktyabrında imzalanıb. Kontraktlar isə ənənəvi silahların, məsələn, kiçik çaplı tapançalar, "Kalaşnikov" hücum tüfəngi, pulemyotlar və "Kornet" tank əleyhinə raket sistemlərinin çatdırılmasını nəzərdə tutub", - deyə Kolov bildirib.

Onun sözlərinə görə, həmçinin bu ilin sonuna qədər Moskva və Dohada iki ölkənin müdafiə üzrə attaşelərinin açılması planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Qətər   Rusiya   Kornet  

Rusiya və Qətər "Kornet"lərin çadırılmasına dair müqavilə imzalayıb

2018/07/1199019_1532197160.jpg
Oxunub: 576     02:47     22 İyul 2018    