Rusiyanın yeni stels freqatının 9 FOTOSU

2018/07/admiralgorshkovfrigate04_1532192799.jpg
Oxunub: 604     21:33     21 İyul 2018    
Rusiya donanması yeni stels freqatını bu ayın sonlarında qəbul edəcək. Belə ki, stels freqatların yeni sinfinin ilk nümayəndəsi olan “Admiral Qorşkov” iyulun 28-də donanmaya təqdim olunacaq.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, 2010-cu ildə suya buraxılan freqatın çatdırılması ilk olaraq 2016-cı ilin noyabrına planlaşdırılsa da, daha sonra 2017-ci ilin noyabrına təxirə salındı. Ən son olaraq texniki problemlərdən dolayı onun çatdırılması bu ilin iyuluna qədər ləngidi.

“Admiral Qorşkov” sinifli ikinci freqat olan “Admiral Kasatonov” da gecikdirilir. Bu gəmilərin ABŞ donanmasının sahil döyüş gəmilərinə nisbətdə daha yaxşı silahlandırılmış olmasına baxmayaraq, onlar gecikmələr və itələmə sistemlərində olan problemlərdən əziyyət çəkir.

1-ci foto. “Admiral Qorşkov” Sovet donanmasının komandanı olmuş Sergey Qorşkovun şərəfinə adlandırılıb. O, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın sahib olduğu ən böyük döyüş gəmisidir.

2-ci foto. “Admiral Qorşkov” sinifli freqatlar əsasən 130 metr uzunluğa, 15 metr enə və 4500 ton su götürmə qabiliyyətinə malikdir.

3-cü foto. Onların maksimum üzmə məsafəsi 6400 kilometrdir.

4-cü foto. İki qaz turbini və 2 ədəd gücləndirilmiş qaz turbini ilə təchiz olunan gəmi, maksimum 58 km/saat sürətlə hərəkət edə bilir.

5-ci foto.
Bu gəmilər “Oniks” və “Kalibr” qanadlı raketləri, “Poliment-Redut” səth-hava, hətta “BrahMos” raketləri ata bilən şaquli atış boruları ilə təchiz olunub.

“BrahMos” raketi 290 kilometr məsafəyə 300 kiloqram ağırlığında ənənəvi döyüş başlığı daşıya bilir.

6-cı foto. Onlar həm də 130 mm-lik top və 30 mm-lik CIWS-lə təchiz olunub. Müqayisə üçün qeyd edək ki, ABŞ donanmasının sahil döyüş gəmiləri 57 mm-lik toplarla təchiz olunub.

7-ci foto. Əlavə olaraq freqatlarda “Medvedka-2” sualtı gəmi əleyhinə müharibə sistemi, “Hurricane” orta mənzilli səth-hava müdafiə raket sisteminə sahibdir və 21 düymlük torpedolar üçün uyğundur.

8-ci foto. Putin özü 2015-ci ildə Rusiya Donanma Günü ərzində “Admiral Qorşkov”u ziyarət edib.

9-cu foto. Putin “Qorşkov”un uçuş göyərtəsində nitq söyləyir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Admiral-Qorşkov   Freqat  

Xəbər lenti

Rusiyanın yeni stels freqatının 9 FOTOSU

2018/07/admiralgorshkovfrigate04_1532192799.jpg
Oxunub: 605     21:33     21 İyul 2018    