Portuqaliya daha 5 ədəd F-16 satacaq

2018/07/received_2608163832743102_1532191724.jpeg
Oxunub: 524     00:45     22 İyul 2018    
Portuqaliya və Rumıniya arasında F-16-ların satışı ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Portuqaliya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, Portuqaliya hərbi rəhbərliyi Hərbi Hava Qüvvələrinin xidmətindəki 5 ədəd F-16 qırıcısının Rumıniyaya satılmasına qərar verib.

Açıqlamada müqavilə ilə bağlı əlavə detallara yer verilməyib.

Qeyd edək ki, Portuqaliya bu qırıcıların yerini ABŞ-dan alacağı yeni F-35-lərlə doldurmağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Portuqaliya   F-16  

Portuqaliya daha 5 ədəd F-16 satacaq

2018/07/received_2608163832743102_1532191724.jpeg
Oxunub: 525     00:45     22 İyul 2018    