Rusiya ordusu SZ-nin təkmilləşdirilməsi işərini necə təşkilatlandırır?

2018/07/received_2608139619412190_1532187335.jpeg
Oxunub: 459     23:29     21 İyul 2018    
Rusiya Müdafiə Nazirliyi süni zəkaya diqqətini əhəmiyyətli dərəcədə artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna baxmayaraq Rusiya uzun illərdin bu sahəyə yatırımlar edən ABŞ və Çindən texnoloji cəhətdən geri qalır.

Buna görə də, Rusiyanın müdafiə liderləri yanaşma tərzlərini dayişdilər. Belə ki, onlar qərar verdilər ki, əgər qlobal rəqibləri investisiyada geridə qoymaq mümkün deyilsə, onda onları təşkilatlanmada üstələmək olar.

Bu ilin martında Rusiyanın Təhsil və Elm Nazirliyi, Milli Elmlər Akademiyası və Müdafiə Nazirliyi bütün dünyadan olan yerli və beynəlxalq developerləri konfransa topladı. Məqsəd isə Rusiyanın akademik, elmi və ticarət cəmiyyətinin diqqətini bu sahəyə cəmləmək idi.

Bu konransdan sonra Nazirlik rəsmiləri bir neçə bənddən ibarət gələcək hədəf planını açıqladılar. Burada SZ təlim və təhsili üçün dövlət sisteminin yaradılması, SZ laboratoriyasının qurulması, SZ üçün ABŞ-ın DARPA-sı üslubunda Milli Mərkəzin formalaşdırılması, SZ-nin qlobal nailiyyətlərinin izlənməsi, SZ müharibə oyunlarının təşkili, ənənəvi olaraq hər il SZ konfranslarının təşkil olunması və s. var idi.

Bu plan hələlik rəsmi dövlət yol xəritəsi olmasa da, Rusiyanın federal və akademik qurumlarında süni zəkanın təkmilləşdirilməsi perspektivlərindən ifadələr səsləndirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Süni-zəka  

Rusiya ordusu SZ-nin təkmilləşdirilməsi işərini necə təşkilatlandırır?

2018/07/received_2608139619412190_1532187335.jpeg
Oxunub: 460     23:29     21 İyul 2018    