NATO Anqlo-Sakson alyansı və avropalı üzvlərin arasındakı böhrandadır? - ANALİZ

2018/07/received_2608162812743204_1532184915.jpeg
Oxunub: 510     19:04     21 İyul 2018    
Siyasi qarışıqlıqlar, ticarət müharibələri və sosial çətinliklərin davam etdiyi bir vaxtda ABŞ hökuməti və avropalı müttəfiqlər bir-biriləri ilə olan gələcək əlaqələrin yenidən formalaşdırılması, Çin və Rusiya ilə əlaqələrin gələcəyi barəsində fərqliliklər üzərində münaqişə edir.

İddia edildiyi kimi yeni Soyuq Müharibə artıq başlayıb. Bu keçid dövründə Anqlo-Amerika əlaqələri yenidən NATO sammitindən sonra diqqətləri özünə toplayıb. Avropa İttifaqı, Yaxın Şərq, Uzaq Şərq və Rusiyaya qarşı hər iki tərəfin izlədiyi siyasi xətt aşkar şəkildə bir-birindən fərqlənir.

ABŞ və Aİ arasında yaranmaqda olan maliyyə rəqabətdən öncə həm Britaniya, həm də ABŞ özləri arasında maliyyə rəqabətindən yayınmaq istəyir. Bunun üçün isə aralarında olan tarixi xüsusi əlaqələr konteksdən istifadə edirlər.

ABŞ prezidentinin Aİ-ni maliyyə rəqibi adlandırmasından sonra Almaniya Xarici İşlər naziri bundan sonra ABŞ-a güvənə bilməyəcəklərini bəyan etdi. Anqlo-German mübahisəsi son illərdə xüsusilə Brexit prosesində artıq gizliliyi qalmayan bir şeydir. Beləliklə, artıq Britaniyanın xüsusi partnyoru ABŞ-ın Almaniyaya qarşı Birləşmiş Krallığa kömək etmə zamanıdır. Çünki o, bunu iki dünya müharibəsində edib.

Bəs Qərb iki düşərgədə kamplaşırmı: Anqlo-Sakson və kontinental Avropa? Bu suala cavab vermək üçün bir çox suallara aydınlıq gətirilməlidir. Amerika-Britaniya əlaqələrini “Xüsusi Əlaqə” kimi ilk təsvir edən hələ 1941-ci ildə Vaşinqtona səfər edən Uinston Çörçil olub. O zaman Çörçil ABŞ siyasətçilərinin diqqətini II Dünya Müharibəsinə çəkməyə çalışırdı.

Fransa “Xüsusi Əlaqə”dən bezib. NATO 1955 və 1961-ci illər arasında ABŞ və Sovet rəhbərləri arasında ən yüksək səviyyəli dövlət görüşləri təşkil etdi. Həmin periodda ABŞ və Britaniya İran və ərəb nefti üzərində mübahisələr apararkən Sovetlər Suriyada kök salmağa nail oldu. Bunu daha sonra Vyetnam bataqlığı və Yəmən müharibəsi izlədi. Anqlo-Amerika rəqabəti iki nəticəni doğurdu: Birincisi Suriya Rusiyanın təsiri altına düşdü və Yaxın Şərqdən Avropaya axan neftin təhlükəsizliyi böhran vəziyyəti aldı. İkincisi isə Britaniya və Fransa İsraillə birlikdə Süveyş kanalını enerji təhlükəsizliyindən dolayı ələ keçirdi, lakin o özlüyündə yeni bir böhrana səbəb oldu. Çünki bu addım həm ABŞ-ın, həm də Sovetlərin marağına zidd idi.

1957-ci ildə Britaniya və ABŞ Bermud konfransında bir masa ətrafına əyləşdi və yenidən “Xüsusi Əlaqə”ni bərpa etməyə çalışdılar. Beləlik Anqlo-Amerika ortaq gündəmi ilə Fransa kənarda qalmış oldu. Hələ o zaman Fransa NATO daxilində ABŞ və Britaniyanın dominantlığına etiraz etdi. Üstündən uzun illər keçdikdən sonra Anqlo-Amerika alyansı 2003-cü ildə İraqı işğal etməyə hazırlaşarkən, Fransa Almaniya ilə ortaq xarici siyasət yeridərək buna qarşı çıxdı.

NATO daxilində mübahisələr Ərəb Baharı ilə yenidən canlandı. ABŞ prezidenti Barak Obama 2009-cu ildə Britaniya, Fransa, Almaniya və Türkiyəni ziyarət etməsilə NATO gücləndi. Həmin il Fransa yenidən NATO-ya qoşuldu. Lakin daha sonra alyans yenidən böhrana sürükləndi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Fransa   ABŞ   Britaniya  

Xəbər lenti

NATO Anqlo-Sakson alyansı və avropalı üzvlərin arasındakı böhrandadır? - ANALİZ

2018/07/received_2608162812743204_1532184915.jpeg
Oxunub: 511     19:04     21 İyul 2018    