SQQ Dera əməliyyatında bir sıra əraziləri azad edib

2018/07/SAA-in-Daraa-3_1531549111_1532170931.jpg
Oxunub: 398     20:01     21 İyul 2018    
Suriya Quru Qoşunları ölkənin cənub-qərbində yerləşən Dera vilayətinin terrorçulardan azad edilməsi istiqamətində əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saatda hökumət qüvvələri bir sıra bölgələrə və strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Suriya ordusu Deranın şimal-şərqindəki Nava şəhərinə baxan strateji Əl-Cəniyə yüksəkliyini terrorçulardan təmizləməyə nail olub.

Bundan başqa adıçəkilən şəhərin şimal-qərb qurtaracağında yerləşən Əl-Şükriyə şəhəri və bir neçə hərbi nöqtələr də terrorçulardan azad edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SQQ   Dera  

SQQ Dera əməliyyatında bir sıra əraziləri azad edib

2018/07/SAA-in-Daraa-3_1531549111_1532170931.jpg
Oxunub: 399     20:01     21 İyul 2018    