Monteneqrodan Trampa: "Münasibətlərimizə yenidən baxacağıq"

2018/07/345_1532168168.jpg
Oxunub: 326     14:14     21 İyul 2018    
ABŞ prezidenti Donald Trampın Monteneqroya qarşı ittihamedici çıxışı NATO üçün bir sıra problemlərə səbəb ola bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Monteneqro rəsmiləri tərəfindən ABŞ prezidentinin fikirlərinə kəskin şəkildə cavab verilib.

Qeyd olunub ki, Monteneqro rəhbərliyi ABŞ prezidentinin bildirdiyi fikirlərin məntiqli açıqlamasını tələb edir.

“ABŞ bizim NATO-dakı müttəfiqimiz olmasına baxmayaraq ABŞ prezidenti heç bir açıqlama və əsaslandırma göstərmədən Monteneqroya və Monteneqro xalqına qarşı kəskin ittihamlar bildirir. Biz bu fikirlərin məntiqli açıqlamasını gözləyir, əks-təqdirdə ABŞ-la münasibətlərə yenidən baxılacağını bildirmək istəyirik”, - deyə bəyanatda bildirilib.

Ekspertlər isə bu qarşıdurmanın daha da irəliləməsinin NATO-nun etibarlılığına və müttəfiqlər arasında qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə kölgə salacağını bildirirlər.

Qeyd edək ki, Tramp daha öncə Monteneqro ilə bağlı etdiyi çıxışda Monteneqro əhalisini “Olduqca aqressiv xalq” adlandıraraq bu ölkənin müdafiə edilməyi haqq etmədiyini bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Monteneqro  

Xəbər lenti

Monteneqrodan Trampa: "Münasibətlərimizə yenidən baxacağıq"

2018/07/345_1532168168.jpg
Oxunub: 327     14:14     21 İyul 2018    