Rusiyanın növbəti böyük hərbi satışı: Meksika?

2018/07/7567_1532163467.jpg
Oxunub: 424     13:06     21 İyul 2018    
Meksika ABŞ helikopterlərinin alınmasına dair 1,4 milyard dollarlıq müqaviləni ləğv etdikdən bir neçə gün içində Moskva bu satışa talib çıxıb.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Meksika prezidenti Andres Mannuel Lopez Obrador Meksika donanması üçün alınması planlaşdırılan səkkiz ədəd MH-60R “Seahawk” helikopterinin çox baha olduğunu bildirib.

Bundan qısa müddət sonra “Sputnik News” Meksika üçün Rusiya helikopterlərini məsləhət görərək, Meksika donanmasının onsuz da artıq Mi-17 nəqliyyat helikopterlərindən istifadə etdiyini xatırladıb.

“Sputnik” “Seahawk” helikopterinin qiymətini 170 milyon dollar olduğunu iddia edib və bunun çox bahalı adlandırıb. Əvəzində Rusiya Müdafiə Nazirliyinin 2014 və 2016-cı illərdə modernizasiya etdiyi Ka-27PL-nin silahlı versiyalarının 14,5 milyon dollara olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Silah-satışı   Meksika  

Xəbər lenti

Rusiyanın növbəti böyük hərbi satışı: Meksika?

2018/07/7567_1532163467.jpg
Oxunub: 425     13:06     21 İyul 2018    